İraq parlamentində seçki qanununa dair səsvermə yenidən baş tutmadı
07/11/2009
Bu gün İraq parlamentində mübahisəli
seçki qanununa dair səsvermə baş tutmayıb. Qanunvericilər Seçki Komissiyasının qanunun
günün sonunadək təsdiq edilməsi təzyiqləri altında idi. Neftlə zəngin
Kərkük şəhərinin statusu ilə bağlı razılıq əldə edilmədiyinə görə səsvermə sabah qalıb.
Seçki Komissiyasının sədri Fərəc Əl-Heydəri parlamentə qanunun bu həftə
təsdiq edilmədiyi təqdirdə, yanvar ayının 16- seçkilərinin baş tutmayacağı
barədə xəbərdarlıq verib.
Qanunvericilər kürd, ərəb və türmən icmalarının
yaşadığı Kərküklə bağlı razılığa gələ bilmirlər. Bəziləri kürdlərin mənafeyinə olan hazırkı, digərləri isə ərəblərin xeyrinə olan 2004-cü
il səsvermə qeydiyyatının nəzərə alınmasını istəyir.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.