ASEAN sammiti ABŞ-la Birma arasında danışıqlara yol aça bilər
07/11/2009
Vaşinqton noyabr ayının 15-də ABŞ prezidenti
Barak Obamanın da iştirak edəcəyi ASEAN-nın Sinqapur sammitində Birma da daxil
edilməklə, quruma üzv 10 ölkənin hamısının təmsil ediləcəyinə ümid bəsləyir. Amerika
prezidentinin ilk dəfə iştirak edəcəyi sammit ABŞ-la Birma arasında birbaşa danışıqlara yol aça bilər.
Bu həftənin
əvvəllərində Birmaya səfər edən Amerika rəsmisi ölkənin hakim generalları ilə
müzakirələr keçirmiş və Amerikanın bu təcrid olunmuş ölkə ilə bağlı yeni
siyasətini təqdim etmişdi. Birma 1962-ci
ildən hərbi xunta tərəfindən idarə edilir. Birmanın dövlət başçısı ilə Amerika prezidenti
arasında görüş son dəfə 1966-ci ildə təşkil edilmişdi.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.