İranda etiraz aksiyaları zamanı həbs edilən jurnalist azadlığa buraxılıb
07/11/2009
İran mətbuatının məlumatına görə, bu həftə
etiraz aksiyaları zamanı həbs edilən jurnalist azadlığa buraxılıb, lakin 60-a
yaxın insan hələ də nəzarət altındadır. İRNA xəbər agentliyi Fərhad Poladi adlı
jurnalistin bu gün azad edildiyini bildirib.
Fransanın xəbər agentlyi əməkdaşının azadlığa buraxıldığını təsdiq edib. Poladi çərşənbə günüABŞ-ın Tehrandakı səfirliyinə qarşı hücumun 30-cu ildönümü ilə başlı
təşkil edilən nümayişlər haqda reportaj hazırlayarkən nəzarət altına alınmışdı.
Tehran polisi aksiyalar zamanı 109 nəfərin saxlandığını bildirib.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.