VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

08 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
İsrailin baş naziri Benyamin Netanyahu Şimali Amerika yəhudi liderlərinin forumunda iştirak etmək üçün Vaşinqtona gəlir

08/11/2009

 

İsrailin baş naziri Benyamin Netanyahu Şimali Amerika yəhudi liderlərinin forumunda iştirak etmək üçün Vaşinqtona yola düşüb, lakin onun ABŞ prezidenti Barak Obama ilə görüşüb-görüşməyəcəyi məlum deyil. 

Benyamin Netanyahu Şimali Amerikanın yəhudi federasiyalarının Vaşinqtonda keçirilən illik forumunda çıxış edəcək. 

Təşkilatın  sözçüsü Nir Hefets deyib ki, cənab Netanyahu prezident Obama ilə görüşmək imkanından çox məmnun olardı, lakin hələlik belə bir görüşün keçiriləcəyi təsdiq edilməyib.  

Obama administrasiyası cənab Netanyahu və Fələstinlilərin prezidenti Mahmud Abbasa sülh danışıqlarına qayıtmaq üçün aylardır təzyiq göstərir. 

İsrail hökumətinin sözçüsü ABŞ-İsrail münasibətlərində hər hansı bir gərginliyin olduğunu rədd edib və deyib ki, iki müttəfiq ölkənin liderinin vəzifə başına yeni keçməsindən sonra şəxsi münasibətlər qurması vaxt tələb edir.



Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər