ABŞ-ın Ali Məhkəməsində azyaşlıların ömürlük həbs cəzası ilə bağlı hökmləri nəzərdən keçirilir
09/11/2009
ABŞ-ın Ali Məhkəməsində qətl cinayəti
törətməyən azyaşlıların ömürlük həbs cəzası ilə bağlı hökmlərin qəddarlıq
olub-olmaması nəzərdən keçirilir. Bu gün məhkəmədə iki işlə bağlı dinləmələr
təşkil edilib. Bunlardan biri 13 yaşında ikən qoca bir qadını zorlayan Co
Sallivan, digəri isə 17 yaşında silahlı oğurluq edən Terrens Qrahamın işidir.
Onların hər iki də ömürlük həbs cəzası altındadır.
Vəkillər və azyaşlıların
ömürlük həbsə məhkum edilməsinin əleyhinə olanlar zehni inkişaf dövründə
gənclərin dəyişmək imkanından məhrum edildiyini deyirlər.
ABŞ-da 18 yaşından
aşağı 2500 nəfər ömürlük həbs cəzası altındadır və onların 111-nin törətdiyi cinayətlər ölüm halları ilə
nəticələnməyib.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.