İraqda parlament seçkilərinin yanvarın 21-də keçirilməsi təklif edilib
09/11/2009
İraqın Seçki Komissiyasının sədri
Fərəc Əl-Heydəri parlament seçkilərinin əvvəlcə planlaşdırıldığı tarixdən 5 gün
sonra, yəni yanvar ayının 21-də keçirilməsini təklif edib. Əl-Heydəri deyib ki,
təklif prezident şurası tərəfindən təsdiq edilməlidir. Parlament seçki qanunu
təsdiq etməklə ümümmili seçkilərin baş tutmasını təmin edib.
Dünən
qanunvericilər kürd, ərəb və türmən icmalarının yaşadığı Kərküklə bağlı razılıq
əldə ediblər. Yeni qanun Kərkükdə səsvermə qeydiyyatına xüsisi şəkildə diqqət
verilməsini nəzərdə tutur. Qanunvericilərin
bəzisi kürdlərin mənafeyinə olan hazırkı, digərləri isə ərəblərin xeyrinə olan
2004-cü il səsvermə qeydiyyatının nəzərə alınmasını istəyirdi.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.