VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

09 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
İranda həbc edilən Amerika vətəndaşlarına qarşı casusluq ittihamı irəli sürülüb

09/11/2009

İranın rəsmi İRNA xəbər agentliyinin bildirdyinə görə, İranda həbs edilən üç ABŞ vətəndaşına qarşı casusluq ittihamı irəli sürülüb. Həmin amerikalılar iyul ayının 31-i İraqın şimalından İran sərhədlərini qeyri-qanuni keçərkən həbs edilmişdilər. Bu gün Berlində etdiyi çıxışı zamanı Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bir daha İran rəsmilərini amerikalıları azad etməyə çağırıb. İranda həbs edilən amerikalılar Şeyn Bayer, Sara Şourd və Coş Fattalın ailələri keçən həftə İrandakı İsveç diplomatlarının dustaqlara baş çəkmək üçün Tehrandakı Evin həbsxanasına getdikləri barədə açıqlama vermişdilər. İsveç diplomatlarının Evin həbsxanasına ilk dəfə sentyabr ayında, ikinci dəfə isə keçən həftənin cümə axşamı getdikləri bildirilir.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər