İndoneziyanın Sumbava adası yaxınlığında zəlzələ baş verib
09/11/2009
İndonezya rəsmilərinin bildirdiyinə
görə, bu gün Sumbava adası yaxınlığında dəniz altında baş verən güclü zəlzələ 2
nəfərin ölümünə, 40-a yaxın adamın isə yaralanmasına səbəb olub. Rəsmilər
zəlzələ nəticəsində adadakı yaşayış binalarının, məktəblərin və məscidlərin
zədələndiyini bildirirlər. Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzi
zəlzələnin episentrinin Sumbavanın Raba şəhərindən 15 km məsafədə yerli vaxtla
səhər saat 3:42 radələrində, 6,7 bal gücündə olduğunu xəbər verib.
Digər xəbərdə
isə bildirilir ki, Cənubi Sulavesinin Palopo şəhərində baş verən yer sürüşməsi
8 nəfərin ölümü, 5-nin itkin düşməsinə səbəb olub.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.