VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

09 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Müsəlman ölkələrinin liderləri İstanbulda İslam Konfransı təşkilatının sammitinə toplaşıblar

09/11/2009

 

Müsəlman dövlətlərinin liderləri İstanbulda İslam konfransı təşkilatının zirvə görüşündə ticarət və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Sammitdən öncə müsəlman liderlər səhər yeməyi görüşü zamanı Əfqanıstanda vəziyyət ətrafında müzakirə aparıblar.

Türkiyə prezidenti Abdulla Gül deyib ki, Əfqanıstanda Talibana qarşı mübarizə məqsədilə əlavə hərbi qüvvə göndərməklə işi həll olmayacaq. “Bizim orada iki əsas məqsədimiz var. Birinci məqsəd Əfqanıstana sülh və sabitliyin gətirilməsidir. İkinci məqsəd isə Əfqanıstanın təhlükəsizliyinin əfqanların özünə həvalə edilməsidir. “-deyə o bildirib və əlavə edib ki, “Biz Əfqanıstanda həmişəlik qala bilmərik.  

Birləşmiş Ştatların Əfqanıstanda 68 min nəfərdən ibarət əsgəri qüvvəsi var. Prezident Barak Obama ABŞ və NATO qüvvələrinin baş komandanının taliban üsyançılarına qarşı mübarizə aparmaq və Əfqanıstanda səkkiz ildir davam edən müharibəyə son qoymaq üçün ölkəyə əlavə Amerika əsgərlərinin göndərilməsi haqda təklifini nəzərdən keçirir.  

Səhər görüşündən sonra müsəlman ölkələrinin liderləri İslam Konfransı təşkilatının sammitində qarşılıqlı maraq doğuran məsələlərlə bağlı mövqelərini bildiriblər.  

İran prezidenti Mahmud Əhmədinejad deyib ki, qlobal iqtisadi tənəzzülün əsas səbəbi kapitalist israfçılığı səbəb olub. “Son maliyyə böhranı zamanı insalar iş yerlərini itirib və evsiz qalmışlar. Sosial gərginlik və müflisləşmə kapitalizm səbəbilə baş verib.”-deyə o bildirib. Mahmud Əhmədinejad sələm faizləri ilə verilən investisiyaları tənqib edib və deyib ki, bu, sosial və maliyyə problemlərinin yaranmasına gətirib çıxarıb.  

İslam bankları şəriət qanunları əsasında işləlyərək, belə investisiyaları qadağan edir.

Çıxışı zamanı Mahmud Əhmədinejad İranın qərb ölkələrilə nüvə fəaliyyətlərilə bağlı mübahisəsinə toxunmayıb.



 




Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər