VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

09 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Bakıda daha 8 nəfərdə donuz qripi aşkarlanıb


09/11/2009

Bu gün Bakıda daha 8 nəfərin A/H1N1 qripinə yoluxduğu müəyyən edilib. Onların 3 nəfəri Ukraynadan, 1 nəfəri Türkiyədən gəlib, 3 nəfər Ukraynadan gəlmiş vətəndaşlarla təmasda olanlardır, 1 nəfər isə Böyük Britaniya vətəndaşıdır. Bu barədə Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasımov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
Onun dediyinə görə, xəstələrin hamısının vəziyyəti kafidir, ağır olan yoxdur.
Cənab Qasımov bildirib ki, Səhiyyə nazirliyi bu ilin aprelindən başlayaraq qabaqlayıcı tədbirlər həyata keçirməyə başlayıb. “Hazırda məktəblərdə, universitetlərdə, metro stansiyalarında, dəmiryol və avtovağzallarda dezinfeksiya işləri aparılır. Sərhəd-keçid məntəqələrində, qatarlarda, hava limanlarında virusa yoluxmuş insanlarla bağlı monitorinqlər həyata keçirilir”.
Sektor müdiri ölkədə xəstələrin sayının artacağı ehtimalının olduğunu bildirib. “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, A/H1N1 qripinə yoluxma halları dünya üzrə artmaqda davam edir. Amma Azərbaycan kifayət qədər dərman ehtiyatı yaradıb. Xəstələrin yerləşdirilməsi üçün xəstəxanalar ayrılıb”.
Cənab Qasımov noyabrın sonlarında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana qrip əleyhinə vaksinlər göndərəcəyini də bildirib.
Son günlər isə yerli apteklərdə qoruyucu maskaların və dərman preparatlarının qiymətlərinin bir neçə dəfə artması Səhiyyə nazirliyində narahatlıq yaradıb. Sektor müdiri bildirib ki, ölkədə kifayət qədər qoruyucu maska və dərman ehtiyatı var. “Sadəcə bəzi apteklər tələbatın artmasından sui-istifadə edərək qiymətləri süni şəkildə artırır”.        
Hazırda ölkədə A/H1N1 qripinə yoluxmuş 13 xəstə var.



Şərhlər:

1. qripp

MASKA APTEKLƏRDƏ TAPILMIR MƏKTƏBLƏR İCTİMAİ YERLƏR AVTOBUSLAR DİZİNFEKSİYA EDİLMƏYİB SƏKİ BAŞQA PLANETDİİİRRR?????????
Göndərən: mubariz (sheki)
11-10-2009 - 20:24:05

 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
Download Tapdıq Fərhadoğlunun Viktor Qasımovla müsahibəsi
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun Viktor Qasımovla müsahibəsi
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər