İda qasırğası Amerikanın cənub sahillərinə yaxınlaşıb
10/11/2009
Amerikanın cənub
sahillərinə yaxınlaşan tropik İda qasırğası sürətini itirməkdədir. Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Alabama ştatının Daughin adasına qasırğa bu
gün səhər 75 km/saat
sürətli küləklə irəliləyirdi və hazırda küləyin sürəti 55 kilometrə enib.
Şiddətli yağışla müşayiət edilən qasırğa səbəbi ilə
Florida, Alabama, Luiziana və Missisippi ştatlarında fövqəladə vəziyyət elan
edilib. Bölgədə bir neçə neft quyusunun işi dayandırılıb.
Bundan əvvəl İda
qasırğası El-Salvadorda 130 nəfərin ölümü, daşqınlar və torpaq
sürüşməsinə səbəb olmuşdu.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.