VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

10 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Con Makkeyn "Amerikanın səsi"nin suallarını cavablandırıb

10/11/2009

 

Sen. John McCain at a New Delhi news conference, Tuesday, 02 Dec. 2008ABŞ-ın respublikaçı senatoru Con Makkeyn Türkiyə-Ermənistan yaxınlaşmasını dəstəklədiyini bildirib. Amerikanın səsinin suallarını cavablandırarkən senator Türkiyənin ermənilərə qarşı genosidinin sənədlərə əsaslandığını deyib. Con Makkeyn son zamanlar Türkiyə-Ermənistan münasibətlərində önəmli bir irəliləyiş olduğunu vurğulayıb.Senator bu irləliləyişin ilk dəfə müşahidə edildiyini deyib.

Con Makkeyn deyib ki, o,türklərin ermənilərə qarşı soyğırım işlədiyinə inandığını və keçmişin nə erməni, nə də türk xalqı və hökumətləri tərəfindən unudulacağını deyib. O, bunun xüsusilə ermənilər tərəfindən unudulmayacağını bildirib.

Gürcüstan-Rusiya münasibətlərinə gəlgikdə senator Rusiyanın Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə əldə edilən atəşkəs razlığının şərtlərini pozması ilə vəziyyətin gərgin olduğunu deyib. "Rusiyanın beynəlxalq sulardakı fəaliyyətləri,  Gürcüstan vətəndaşlarının qanunsuz şəkildə həbsləri kimi təhrikçi əməlləri narahtedici faktdır"-deyə o bildirib.

Respublikalar partiyasından 2008-ci il prezidentliyə namizəd və yarışlarda prezident Obamaya məğlub olmuş Senator Makkeyn Gürcüstanın Amerikanın Əfqanıstandakı müttəfiq rolunu da yüksək qiymətləndirib.

 


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər