VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

10 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Berlində Nobel mükafatları laureatlarının zirvə görüşü keçirilib

10/11/2009

 

Keçmiş sovet prezidenti Mixail Qorbaçov Berlində 22 Nobel sülh mükafatı laureatı ilə görüş keçirib.  

Görüşdə iştirak edən Avropa komissiyasının prezidenti Xose Manuel Barroso gələn ay Kopenhagendə iqlim dəyişikliyinə dair konfransla bağlı nikbinliyini ifadə edib. İki gün davam edən konfrans çərçivəsində danışan Barroso müxbirlərə deyib ki, Kopenhagendə razılaşmanın əldə edilməsi mümkündür.  O hələ də çox böyük fikir ayrılıqlarının mövcud olduğunu etiraf edib, lakin bununla belə, razılaşmanın əldə edilə biləcəyinin mümkün olduğunu əlavə edib.  

Bu açıqlamalardan öncə Nobel laureatlarının görüşündə danışan Barroso Birmanın müxalifət lideri Aunq San Suu Kyini fövqəladə cəsarətə malik bir qadın adlandırıb. 

Berlində Nobel Sülh mükafatı laureatlarının 10-cü Dünya sammitində iştirak edənlər arasında Cənubi Afrikanın keçmiş prezidenti de Klerk, Polşanın keçmiş prezidenti Lex Valesa və Banqladeşdən mikro-kredit bank təsisçisi Məhəmməd Yunus da olublar.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər