VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

10 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Çində prezident Obamanın səfərinə hazırlıqlar gedir

10/11/2009

 

Çin və Birləşmiş Ştatlar arasında dünyada ən mühüm əlaqələr kimi qiymətləndirilən münasibətlərin 30-cu ildüönümünün qeyd edildiy bir vaxt gələn həftə prezident Obama Çinə səfər edəcək.

Çin Dövlət katibi Hillari Klintonun xaricə ilk səfərinin diqqət mərkəzində idi. 
 
“Bizim bir-birimizdən asılı olaraq yaşadığımız dünya bizdən indiyədək görünməmiş təhlükələr və istifadə edilməməiş imkanlar qarşısında əməkdaşlıq və tərəfdaşlığın yeni yollarını tapmağı tələb edir”-deyə o bildirmişdi.

Səfərindən öncə xanım Klinton qeyd etmişdi ki, ABŞ-ın Çində insan hüquqları sahəsində vəziyyətin qənaətbəxş olmamasından narahatlığına baxmayaraq, bu məsələ müzakirələrin diqqət mərkəzində olmayacaq.

Bunun əvəzində hər iki ölkə iqlim dəyişiklyi ilə mübarizədə birgə səyləri vurğulayıblar.  Çin və Birləşmiş Ştatlar dünyada istixanə qazlarının havaya ən çox atıldığı iki ölkədir.  Alimlər bu qazları qlobal istiləşmənin əsas səbəbi kimi göstərir.

Sun Tse Tsinxua universitetində ABŞ-Çin münasibətləri mərkəzində çalışır.  O, iqlim dəyişikliyi məsələsində iki ölkə arasında fikir ayrılıqlarının olduğunu etiraf edir, lakin prezident Obamanın səfərinin məsələ üzərində birgə işləməyə dair razşlaşmanın əldə ediləcəyinə ümid bəsləyir.

Amerikanın pop mədəniyyətinin gənc çinlilərə böyük təsiri var.  Çoxları deyir ki, onların prezident Obamanın siyasəti, ya da onun administrasiyasının Çinə münasibəti haqda məlumatı yoxdur. Lakin Tsinxua universitetinin tələbələri deyir ki, onlar ABŞ liderini görmək istəyirlər, çünki o çox məşhur bir insandır.

Tələbələr Barak Obamanı mötədil amerikalı lider adlandırır, onun Nobel sülh mükafatı aldığını qeyd edirlər. 

Prezident Obama Çinə noyabrın 15-i səfər edir.
 


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
İraq parlamentinin sessiyası heç bir razılıq əldə edilmədən başa çatıb
Barak Obama: Asiya ilə ticarət Amerika iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir
Kabildə raket hücumu nəticəsində iki nəfər yaralanıb
Nidal Həsənin bu gün ilk məhkəmə dinləməsi keçirilir
Dalay Lama Barak Obamaya təşəkkürünü bildirib
Peşəvər şəhərində qaz sızması partlayışa səbəb olub
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər
Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik  Audio Clip Available
Azərbaycan qaz satışı ilə bağlı Asiya bazarlarını öyrənir
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
İranda həbsdə olan Azərbaycan aliminin taleyi məlum deyil  Audio Clip Available
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Uşaq Haqları Konvensiyasının 20 yaşı tamam olur
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir
İran prezidenti Təbrizdə azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı
Britaniyada intensiv yağışlar güclü daşqınlara səbəb olub
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
Dəyirmi Masa: Azərbaycanda internet və blogerlər
Əli Rıza Fərşi ilə müsahibə (audio)  Audio Clip Available
Harayın qonağı Cəmil Həsənli: İranda insanlara dil haqqı verilməməsindən narahatıq
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available