ABŞ prezidenti Fort Hud hərbi bazasında öldürülənlərin anım mərasiminə qatılıb
10/11/2009
ABŞ prezidenti Barak Obama keçən
həftə Fort Hud hərbi bazasında öldürülən 13 nəfərin xatirəsi anılan mərasimə
qatılır. Prezidentlə birinci xanım Mişel
Obama qurbanların ailə üzvləri ilə görüş keçirməlidir.
ABŞ dövlət başçısı
bundan əlavə yaralı əsgərlərə baş çəkməli, onların ailə üzvləri ilə
görüşməlidir. Anım mərasiminə 3000-dən artıq insanın toplaşacağı təxmin edilir.
Açdığı atəş nəticəsində ordu
həkimi, psixiator, mayor Nidal Malik Həsən 13 nəfəri öldürüb, 31-ni isə yaralamışdı.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.