İranın Səhiyyə Nazirliyinin müavini deyib
ki, yalnız 2 milyon vaksin almaq üçün büdcə ayrılıb. Bu isə bir milyon insana vaksin
verilməsinə imkan yaradır. Həsən İmamiye Razavi “Mehr” xəbər agentiliyinə deyib
ki, bu vaksinlər bir ay ərzində İrana gələcək.
Səhiyyə nazirinin başqa bir müavini Əli Kuşanın Təbriz şəhərində
çıxışı zamanı bildirdiyinə görə, İranda donuz qripi yaxud da Anfolanzasi üçün
vaksin yoxdur: “Nə biz özümüz vaksin istehsal etmişik, nə də xaricdən vaksin almışıq”.
Bir milyon vaksin alınması xəbəri bir səhiyyə rəsmisinin 70 milyon əhalisi olan
İranda hər həftə 4000 adamın bu xəstəliyə yolduğunu söyləməsindən sonraya təsadüf
edir.
Bu qripin yayılmasının qarşısını almaq üçün səhiyyə naziri məktəblərin
rəhbərliklərinə xəbərdarlıq etmişdi ki, şagirdlərin 15 faizi xəstələnsə, həmin məktəblər
müvəqqəti bağlansın.
İrandan gələn xəbərlər göstərir ki, indiyədək yüzlərlə məktəb tətil edib.
Tehranda 271 mədrəsə, Babulun məktəbləri, Nuşəhrin 7 məktəbi,İsfahanın bir çox mədrəsələri, Kohkoloiyye və
Boyerəhmədin 68 məktəbi və bir çox digər
şəhərlərin məktəbləri bağlanıb.
Bu yaxınlarda Təbrizin bir rəsmisi bu ay 500,000 təbrizlinin donuz qripinə
tutulmasını elan etmişdi. Buna görə də bəzi dairələr onu məsələni şişirtməkdə
ittiham etmişdilər.
Təbrizin xəstəxanalarına müraciət edənlərin dediklərinə görə, şəhərin
bir çox sakinləri bu xəstəliyə yoluxub.
Adının açıqlanmasını istəməyən bir xanım Amerikanın səsinin Azərbaycan
xidmətinə bildirib ki, Təbrizdə çətin bir ev tapılar ki, bu ailənin ən azı bir-
iki üzvü donuz anfolanzası tutmamış olsun: “Xəstəxanalar tam doludur. Doktorlar
hamıya müstəlif dərman yazırlar. Bəllidir ki, doktorlar xalqı ümidsiz qaytarmaq
istəmir. Ona görə də müxtəlif soyuqdəymə dərmanları yazırlar. Hamiya 3-4 min
tümənlik (3-4 Dollar) dərman verilir.
İranın rəsmi xəbər agentliklərindən
gələn xəbərlərin heç birində İran Azərbaycanında mədrəsələrin tətil edilməsi və
azərilərin xəstəlik səbəbilə ölməsi barədə məlumat verilmir. Bü günədək ən azı
6 İran Azərbaycanlısı donuz qripindən dünyasını dəyişib.
“Əvrin-e Xoy” həftəliyi yazır ki, 16
yaşlı bir urmiyəli qız donuz anfolanzası səbəbindən vəfat edib. “Əvrin”, səhiyyə
rəsmisi Kamran Dehqaninə istinadən yazdığına görə: Şərqi ya Qərbi Azərbaycanın
məktəblərinin aşağı siniflərinin bir çoxu bağlanıb.
Qeyd edək ki, İran rəsmiləri donuz qripinin ölkəyə züvvarlar vasitəsi
ilə gəldiyini deyir. Ona görə də rəsmilər bu il Məkkəyə gedənlərin qarşısını
almağa çalışırdılar. Amma bəzi möctehidlərin müdaxiləsi nəticəsində 60 min
adama haca getməyə icazə verildi.
İranın bir səhiyyə rəsmisinin sözlərinə görə, bu il hacı olanların 80
faizi donuz qripinə tutulacaqlar və o iranlılardan hacılar İrana dönəndən sonra
onlarla yaxın təmasda olmamağı xahiş etmişdi.
Bu günədək İranın Səhiyyə rəsmiləri 33 iranlının donuz qripinə yoluxaraq
, ölməsini təsdiq edib.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.