Barak Obama administrasiyasının Çinə lazımi təzyiq göstərməməsinə dair tənqidləri rədd edib
10/11/2009
ABŞ prezidenti Barak Obama administrasiyasının
insan hüquqları kimi vacib məsələlərdə Çinə lazımi təzyiq göstərməməsinə dair
tənqidləri rədd edib. Prezident bu ay Asiya səfəri zamanı Çin prezidenti Hu
Tsuntau ilə bu məsələni qaldıracağını bildirib.
ABŞ dövlət başçısı Çin
prezidenti ilə müzakirələrinin iqlim dəyişikliyi, ticarət və insan hüquqları
sahələrini əhatə edəcəyini deyib. Barak Obama bütün bəyanatlarının insan hüquqları
öhdəliklərinə müvafiq olduğunu bildirib.
ABŞ prezidentinin Asiya səfəri cümə
axşamı günü başlayır.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.