Pakistanda son 3 gündə üçüncü intiharçı hücumu olub
10/11/2009
Pakistanın şimal-qərbində intiharçı hücumu nəticəsindəazı 20 nəfər həlak olub, 50 nəfər isə
yaralanıb. Rəsmilərin sözlərinə görə, bazar yaxınlığında işə düşən bomba Peşəvər
yaxınlığındakı Çarsada şəhərinin bir neçə binasını dağıdıb. Bu, son 3 gündə
ərazidə baş verən 3-cü bomba partlayışıdır. Dünən Peşəvər şəhərində intiharçı
hücumu 3 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnmişdi.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.