Türkiyə parlamenti kürdlərlə bağlı islahatlar planını müzakirə edir
10/11/2009
Turkiyə parlamenti bu gün ölkədə
azlıqda olan kürdlərə daha geniş hüquqlar verilməsi və kürd üsyançılarının
silahı yerə qoyması məsəələrini müzakirə edir. Türkiyədəki kürdlər əsasən ayrı-seçkilikdən şikayətlənir.
PKK - Kürdüstan Fəhlə Partiyası artıq 25 ildir ki, Türkiyənin cənub şərqində Küdrüstan muxtariyyəti uğrunda mübarizə aparır və bu müddət ərzindəki qarşıdurmalar
nəticəsində 40 000-dən çox insan həlak olub. Türkiyənin bəzi
millətçiləri və müxalifəti kürdlər
üçün islahatlar planını tənqid edərək, hökumətin bununla kürd üsyançılarına güzəşdə
getdiyini irəli sürür.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.