Qordon Braun Britaniya ordusunun Əfqanıstandakı mövcudluğu ilə bağlı suallarla üzləşib
10/11/2009
Britaniyanın baş naziri Qordon Braun Əfqanıstandakı müharibənin çox baha başa gəldiyinə və uzun
sürməsinə baxmayaraq. müharibənin davam etdirilməli olduğunu deyib. O, gələn ildən
başlayaraq ölkədən təhlükəsizlik cavabdehliyinin əfqanlara veriləcəyinə ümid
etdiyini deyib.
Britaniyanın Əfqanıstandakı mövcudluğu ilə bağlı tənqidlərlə
üzləşdiyi bir vaxt ölkənin baş naziri Qordon Braun aylıq mətbuat konfransında
Britaniyanın missiyası barədə suallarla
üzləşib. Cənab Braun deyib ki, Britaniya ordusunun Əfqanıstandakı mövcudluğunun 8 il davam etməsindən sonra britaniyalıların çoxu hərbçilərin orada nə
etdiklərini və evlərinə nə zaman dönəcəklərini bilmək istəyir.
Bu gün keçirdiyi mətbuat konfransında
cənab Braun bir daha Əqanıstandakı
misiya barədə fikirləri ilə bölüşüb. Lakin
BBS-nin son hesablamalarına gör, britaniyalıların 5-dən ikisi Britaniya ordusunun Əfqüanıstandakı
mövculuğunun səbəbini bilmir. Əhalinin üçdən ikisi isə ordunun tez bir zamanda
evə qayıtmalarını istəyir. Ölkəni alt-üst edən əhvali ruhiyyə haqda verilən
sualı cavablandıran cənab Braun deyib ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri və
polisinə NATO qüvvələri tərəfindən nə qədər çox təlimlər verilərsə,
britaniyanın oradakı mövcudluğu barədə
danışmaq olar.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.