VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

11 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
ABŞ Dövlət Departamenti bloggerlərin məhkum olunmasını tənqid edir

11/11/2009
Emin Milli - Adnan Hacızadə
Emin Milli - Adnan Hacızadə
Bu gün ABŞ Dövlət Departamenti Azərbaycanda bloggerlər -Adnan Hacızadə və Emin Millinin məhkəmə hökmü ilə azadlıqdan məhrum edilməsinə reaksiya verib.Açıqlamada deyilir: “Məhkəmə qərarı Azərbaycanda demokratik islahatlara doğru proqresi geriyə atılan addımdır.Qeyri-şəffaf istintaq, qapalı məhkəmə dinləmələri, qeyri-proporsional ittihamlar və hücumçuların saxlanmaması və ittihamlarla üzləşməməsi ölkədə polisin və məhkəmə sisteminin müstəqilliyinə və eləcə də Azərbaycanda söz azadlığına məhdudiyyətə dair narahatlıqları artırır.Biz ümid edirik ki, son dörd ayda baş verən hadisələr Azərbaycanda azad söz hüquqlarının zəifləməsi tendensiyasına işarə deyil və biz appelyasiya prosesinin ədalətli, vaxtında və şəffaf qaydada həyata keçirilməsinə çağırırıq.  Biz həmçinin ümid edirik ki, məhkəmə hökmü ölkədəki sivil cəmiyyəti Azərbaycan xalqının layiq olduğu demokratik islahatları təşviq etməkdən çəkindirməyəcək. ABŞ Azərbaycan xalqı və hökuməti ilə söz və toplaşma azadlığı yönümündə proqres əldə edilməsi üçün əməkdaşlıq aparmağa sadiq olaraq qalır.Siyasi təsirdənazad müstəqil ədliyyə və fəal sivil cəmiyyət müasir demokratik dövlətin təməl sütunlarıdır.

Azərbaycanda məhkəmə iki müxalifətçi internet fəalına hökm oxuyub. Bloggerlər Adnan Hacızadə və Emin Milli iki il və iki il yarım azadlıqdan məhrum ediliblər. Onlara qarşı irəli sürülən ittiham iyul ayında Bakıda bir restoranda baş verən dalaşmadan qaynaqlanır. Xuliqanizm və yüngül bədən xəsarəti yetirməkdə günahlandırılan bloggerlər onlara mülki geyimli polis tərəfindən hücum edildiyini deyirlər. Bu həbslər Adnan Hacızadənin eşşək geyimində mətbuat konfransı keçirərək prezident İlham Əliyevi yamsılamasından sonra baş verdi. Rəsmilər həbslərin bloggerlərin internet fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını israr edir. Lakin insan hüquqları qrupları deyir ki, Əliyev hökuməti sadəcə olaraq müxalifət mediasına basqıları indi internetə şamil etməyə başlayıb. Hökumət fərdi azadlıqlara məhdudiyyətlər tətbiq edildiyini danaraq daxili sorğularda prezident Əliyevin populyar olduğunu deyir.

Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
İraq parlamentinin sessiyası heç bir razılıq əldə edilmədən başa çatıb
Barak Obama: Asiya ilə ticarət Amerika iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir
Kabildə raket hücumu nəticəsində iki nəfər yaralanıb
Nidal Həsənin bu gün ilk məhkəmə dinləməsi keçirilir
Dalay Lama Barak Obamaya təşəkkürünü bildirib
Peşəvər şəhərində qaz sızması partlayışa səbəb olub
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər
Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik  Audio Clip Available
Azərbaycan qaz satışı ilə bağlı Asiya bazarlarını öyrənir
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
İranda həbsdə olan Azərbaycan aliminin taleyi məlum deyil  Audio Clip Available
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Uşaq Haqları Konvensiyasının 20 yaşı tamam olur
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir
İran prezidenti Təbrizdə azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı
Britaniyada intensiv yağışlar güclü daşqınlara səbəb olub
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
Dəyirmi Masa: Azərbaycanda internet və blogerlər
Əli Rıza Fərşi ilə müsahibə (audio)  Audio Clip Available
Harayın qonağı Cəmil Həsənli: İranda insanlara dil haqqı verilməməsindən narahatıq
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available