VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

11 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Azərbaycan məhkəməsi blogerlərə həbs qərarı çıxardı


11/11/2009

[insert caption here]
Emin Milli
Səbail rayon məhkəməsi gənc blogerlər Emin Millini 2 il 6 ay, Adnan Hacızadəni isə 2 il həbs cəzasına məhkum edib. Onlar xuliqanlıqda və sağlamlığa xəsarət yetirməkdə təqsirli bilinir.
Adnan Hacızadə yekun sözündə  məhkəmə heyətinə müraciət edərək “ədalətli qərar çıxarmaq üçün hüquq sahəsində peşəkar olmaq lazım deyil”, - deyə bildirib. 
Emin Milli isə deyib ki, “öz ideallarına görə cəza çəkməkdən daha böyük şərəf ola bilməz”.
Vəkil İsaxan Aşurov ittihamın sovet totalitarizminin ən yaxşı ənənələri üzərində qurulduğunu deyib. İlk gündən istintaq qanun pozuntuları ilə aparılıb. “Tərəflər üçün qeyri-bərabər şərait yaradılıb. Təqsirsizlik prezumsiyası və məhkəmə çəkişməsi prinsipləri pozulub”.
Hüquq müdafiəçiləri də məhkəmənin qərarını siyasi adlandırıb. “Sülh və Demokratiya” institutunun direktoru Leyla Yunus Sovet məhkəmələrinin belə, bu qədər açıq siyasi qərar qəbul etmək iqtidarında olmadığını deyir.
 ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson məhkəmə prosesinin gənclərin həbsi ilə başa çatmasına təəssüfünü bildirib. Onun sözlərinə görə, çox yəqin ki, yaxın günlərdə Dövlət Departamenti blogerlər həbsi ilə bağlı bəyanat verəcək. “ABŞ səfirliyi məhkəmə prosesini diqqətlə izləyib. Çox təəssüf edirik ki, söz azadlığı üçün çalışan Adnan və Emin məhkum edildi”.
Adnan Hacızadənin atası Hikmət Hacızadə məhkəmənin qərarını Azərbaycan üçün böyük
[insert caption here]
Adnan Hacızadə
biabırçılıq adlandırıb.
Öz növbəsində, iqtidarda olan Yeni Azərbaycan partiyasının sədr müavini Əli Əhmədov məhkəmənin qərarını hörmətlə yanaşmağı lazım bilir.   
“Ol!” gənclər hərəkatının lideri Adnan Hacızadə və  ANTV İnternet-televiziyanın yaradıcısı Emin Milli iyulun 8-də kafedə baş vermiş insidentdən sonra həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiəçiləri gənclərin İnternetdə nümayiş etdirdikləri fərqli siyasi fikrə, eşşəklə bağlı siyasi satiralı videosüjetə görə həbs edildiyini deyir. Çoxsaylı beynəlxalq təşkilatlar, Qərb ölkələrinin parlament və hökumət nümayəndələri Azərbaycan hakimiyyətini blogerləri həbsdən azad etməyə çağırıb.



Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
Download Tapdıq Fərhadoğlunun “Blogerlərə qarşı həbs məcarəsi” reportajı
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun “Blogerlərə qarşı həbs məcarəsi” reportajı
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
İraq parlamentinin sessiyası heç bir razılıq əldə edilmədən başa çatıb
Barak Obama: Asiya ilə ticarət Amerika iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir
Kabildə raket hücumu nəticəsində iki nəfər yaralanıb
Nidal Həsənin bu gün ilk məhkəmə dinləməsi keçirilir
Dalay Lama Barak Obamaya təşəkkürünü bildirib
Peşəvər şəhərində qaz sızması partlayışa səbəb olub
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər
Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik  Audio Clip Available
Azərbaycan qaz satışı ilə bağlı Asiya bazarlarını öyrənir
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
İranda həbsdə olan Azərbaycan aliminin taleyi məlum deyil  Audio Clip Available
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Uşaq Haqları Konvensiyasının 20 yaşı tamam olur
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir
İran prezidenti Təbrizdə azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı
Britaniyada intensiv yağışlar güclü daşqınlara səbəb olub
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
Dəyirmi Masa: Azərbaycanda internet və blogerlər
Əli Rıza Fərşi ilə müsahibə (audio)  Audio Clip Available
Harayın qonağı Cəmil Həsənli: İranda insanlara dil haqqı verilməməsindən narahatıq
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available