VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

12 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Amerika məktəblərində əl yazısından istifadə

11/11/2009

America's most famous bit of handwriting is probably John Hancock's signature on the U.S. Constitution, which was large and florid. Today, we call signatures your John HancockTenesi ştatının Nəşvil şəhərindəki Vanderbilt universitetinin professoru Stiv Qraham deyir ki, o, son 15 ildə əl yazı metodunun öldüyünü eşidir. Bəs görəsən bu, hələ də məktəblərdə öyrədilirmi? Stiv Qraham: “Əgər bu il açıqlanan sorğu dəqiqdirsa, demək olar ki, 1-3-cü siniflər arasında müəllimlərin 90 faizi bu yazı metodunu tədris edir.”

90 faiz müəllim isə deyir ki, onlardan əl yazısını öyrətməyi tələb edirlər. Ancaq hələ də araşdırmalar bunun hansı səviyyədə tədris olunması sualına cavab tapa bilmir. Professor Qraham deyir ki, bu il dərc edilən bir araşdırma göstərir ki, hər 4 müəllimdən 3-ü əl yazısının tədrisinə hazırlanmır: “Bəzi müəllimlər var ki onlar gün ərzində 10, 15 dəqiqə, bəziləri isə 60 -70 dəqiqə ayırmaqla əl yazısını tədris edir”.

Orta nəslin nümayəndələri xatırlayır ki,onlar nece hərfləri dəfələrlə yaza-yaza bunu öyrənirdilər. Bugünün düşüncəsi isə belədir ki, qısa müddətli təcrübə daha yaxşıdır. Bir çox ekspert habelə düşünür ki, əl yazısı öz-özünə öyrədilməməlidir. Bunun əvəzində isə onlar deyir ki, bu metod, şagirdlərə öz fikirlərini izhar etmək üsulu kimi öyrədilməlidir.

Professor Qrahamın sözlərinə görə, əl yazısı iki bacarıq tələb edir. Onlardan biri aydınlıqdır. Bu, hərflərin oxuna bilən yazılası deməkdir. O birisi isə səlistlikdir. Bu isə hərfləri düşünmədən yazmaqdır. Professor deyir ki, səlistlik yuxarı siniflərədək təkmilləşməyə davam edir.
Ancaq hamı hüsn xəttə malik olmur. Müəllimlər çox zaman deyir ki, şagirdlərinin 4-dən biri səlist yazıya malik olur. Bəziləri isə computer və səs tanıma proqramları səbəbilə əl yazısının vacib olmadığını düşünə bilər.

Ancaq Stiv Qrahamın sözlərinə görə, ibtidai sinifdə nadir hallarda komputerdən istifadə olunur. O deyir ki, hətta yuxarı siniflərdə də tapşırıqların 50 faizdən aşağısı komputerlərlə yazılır. Belə ki, məktəbdə də yazı tapşırıqlarını çoxu əl yazısı ilə həyata keçirilir.

Amerikalı uşaqlar adətən əvvəlcə hərfləri çap şəkilli yazmağı öyrənir. Bundan sonra isə hərflərin bitişik yazısı öyrədilir.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər