Yeddi
il əvvəl paytaxt Vaşinqton bölgəsində sniper hücumları həyata keçirən Con Allen
Məhəmmədin ölüm hökmü icra edilib.
Virciniya həbsxanasının sözçüsü Məhəmmədin ölüm cəzasının inyeksiya ilə icra
edildiyini bildirib. Ölümündən əvvəl onun sakit olduğu,heç bir emosiya nümayiş
etdirmədiyni deyilir.Con Allen Məhəmməd son sözünü deməkdən də imtina edib.
Qatilin ailə üzvləri və vəkilləri edam tədbirində iştirak edib. Ölüm hökmü Virciniya
ştatının qubernatoru Timoti Keynin günün əvvəlində mərhəmət göstərilməsindən
imtina etməsindən sonra icra edilib. Vəkillər Məhəmmədin əqli xəstə olduğunu
deyərək, vəkilləri onun hökmünün ömürlük həbs cəzası ilə əvəz edilməsini
istəyirdi.
Məhəmməd və onun əlbiri Li Boyd Malvo 3 həftə sürən spniper
hücumları zamanı Virciniya, Meriland və Vaşintonda 10 nəfəri qətlə yetirmişdi. O vaxt 17 yaşı olan Malvo parol hüququ olmadan
ömürlük həbs cəzası altındadır.
Bu iki şəxsin Alabama, Arizona və Luiziana
ştatlarında da bir necə qətlin məsuliyyətini daşıdığından şübhələnilir.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.