Rusiyanın baş naziri Vladimir Putin Ukraynaya qaz təminatının
kəsiləcəyi barədə xəbərdarlıq verib. Xəbərdarlıq Avropanın qış aylarında
yenidən qaz qıtlığı problemi ilə üzləşəcəyi təhlükə mahiyyəti daşıyır. Ötən ildən
bəri Rusiyanın baş naziri Vladimir Pitin enerji məsələsinin Avropa liderləri
ilə müzakirəsinə başlayıb.
May ayında o, Macarıstanın baş naziri ilə görüşüb,
Cənub Axını qaz kəməri layihəsinin Ukraynadan yan keçməklə inşasını
sürətləndirmək istiqamətində addımlar atıb. Oktyabr ayında Putin layihə ilə
bağlı italiyalı həmkarı ilə danışıqlar aparıb. Noyabr ayının 2-i isə Danimarka
hökumətinin başçısı ilə görüşündən sonra Vladimir Putin Avropaya kəskin
xəbərdarlıqla müraciət edərək, Rusiyaya Ukrayna qazının ödənişlərinin Avropa
tərəfindən edilməsini tələb edib.
Ukraynanın baş naziri Yiliya Timoşenko Ukraynanın
oktyabr ayı üçün Rusiyaya artıq 500 milyon ödədiyini bəyan edib. O, Ukrayna
prezidenti Viktor Yuşenkonun Ukraynanın Milli Bankı vasitəsi ilə ödənişlərə
mane olduğunu deyib. Yuşenko isə öz növbəsində Timoşenkonu Rusiyanın xeyrinə müzakirələr
aparmaqda günahlandırıb. Qeyd edək ki, onların hər ikisi də yanvar ayı
prezident seçkilərinə namizəddir.
Eyni zamanda Finlandiya və İsveç Şimal axını qaz
kəmərinin inşası barədə razılıq əldə edib. Şimal axını da Ukraynadan yan
keçməklə Rusiya qazını Baltik dənizi vasitəsi ilə
Avropanın şimal
bölgələrinə nəql edəcək. Estoniyanın müdafiə naziri Jaak Aviksoo Moskvanı
siyasi oyunlara görə günahlandırır.Nazirin dediyinə görə, şimal və cənub
layihələrində mərkəzi Avropa ölkələrinin kənarda qalması siyası qərardır.
Avropa ölkələri isə digər bir layihə-Nabukko ilə bağlı
müzakirələr keçirir. Amerikanın dəstəyini əldə edən bu kəmər Rusiyadan yan
keçməklə, Asiya və Yaxın Şərq ölkələrinin qazını Avropaya nəql etməlidir.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.