VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

12 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Dəyirmi Masa: Bloggerlərin məhkum edilməsi

12/11/2009
Çərşənbə günü Səbail Rayon Məhkəməsi gənc fəallar Emin Millini 2 il 6 ay, Adnan Hacızadəni 2 il müddətində azadlıqdan məhrum etdi.  Məhkəmənin qərarı daxili və beynəlxalq ictimaiyyət tərəfindən sərt tənqidlərlə qarşılanıb.  Eyni gündə ABŞ Dövlət Departamenti, Avropanın mötəbər qurumları və dövlət xaidmləri bəyanatlar verərək Azərbaycanda məhkəmənin müstəqil olmadığını və qərarın siyasi motiv daşıdığını vurğulayıblar.  Gənc bloggerlərin mühakiməsi ətrafında diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və Media Hüquqları İnstitunun rəhbəri Rəşid Hacılını dəvət etdik.

Məhkəmənin qərarını ədalətsiz adlandıran Mehman Əliyev Azərbaycanda başqa cür davranış gözləmədiyini bildirdi.  Onun sözlərinə görə məhkəmələrin sifariş əsasında işlədiyi bir ölkədə məhkəmənin baş verənləri araşdırmasını və ədalətli bir nəticəyə gəlməsini güman etmək sadəlövhlük olardı.  Mehman Əliyevin fikirlərini bölüşən Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı da ölkədə müstəqil məhkəmə sisteminin mövcud olmadığını bəyan etdi.  Onun sözlərinə görə məhkəmə işi büsbütün qurama idi və bütün proses boyu ədliyyə mənsubları ciddi qanun pozuntularına yol verdilər və aşkar göründü ki, bu qərar hökuməti tənqid etmiş gənclərin cəzalanmasına yönəlmişdi.

Məhkəmə qərarına beynəlxalq reaksiyalar gözlənildiyi kimi tənqidi xarakter daşıyıb.  Azərbaycanın üzv olduğu Avropa qurumları, və eləcə də ABŞ dövlət departamenti bəyanatlar verərək Azərbaycan hökumətini söz azadlığına hörmət etməyə və həqiqi hücumçular üzərində təhqiqat aparılmasına çağırıblar.  Lakin Mehman Əliyevin fikrincə bəyanatlar kifayət qədər sərt olmayıb və bu bəyanatlarda əks olunan ziddiyətlər Azərbaycan hökumətində belə təsəvvür yaradır ki, bloggerləri məhkum etməkdə ciddi müqavimətlə üzləşməyəcək.  Belə ki, bir tərəfdən qərarın qərəzli olduğu vurğulanır, o biri tərəfdən ümid izhar olunur ki, bu növ qərarlar çıxaran Azərbaycanın ədliyyə sistemi nə vaxtsa müstəqil  olaraq öz yanlış əməlini düzəltmək imkanındadır.  Rəşid Hacılı beynəlxalq qiurumların son illərdə rəsmi Bakıya təsirinin azaldığını qeyd etdi.  Onun fikrincə Azərbaycan hökuməti öz addımlarının nəticələrini hesaba alaraq bu növ addımlar atır.  Lakin təəssüf ki, ölkədə sivil cəmiyyətin zəifləməsi hüquq müdafiəçilərini imdad üçün Qərbə üz tutmağa vadar edir. 


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər