Hillari Klinton:`Prezident Obamanın Birmanın yüksək səviyyəli rəsmiləri ilə görüşəcəyi istisna edilmir`
12/11/2009
Birləşmiş Ştatların dövlət katibi
Hillari Klinton prezident Barak Obamanın bazar günü Sinqapurda Cənub-Şərq Asiya
liderlərinin sammiti zamanı Birmanın yüksək səviyyəli rəsmiləri ilə
görüşəcəyini istisna etmir. Bu gün xanım
Klinton belə bir formal görüşün
planlaşdırılırdığını desə də, prezidentin Birmanın baş naziri Tin Sin və ya
digər rəsmilərlə görüşəcəyi barədə detallara varmayıb. Qeyd edək ki, görüşlər
BMT və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının birgə sammiti zamanı
nəzərdə tutulur.
Çıxışı zamanı xanım Klinton Vaşinqtonun hələ də Birmanın hərbi
liderlərinə demokratik hərəkat lideri Aunq San Su Kyunun azad edilməsi ilə
bağlı təzyiq göstərməkdə davam etdiyini deyib.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.