Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Monitor jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynov  mükafatının təqdimatı olub

17/07/2008
Tapdıq Fərhadoğlunun “Elmar Hüseynovun ad günü və mükafatı” reportajı - Yükləmək (MP3) audio clip
Tapdıq Fərhadoğlunun “Elmar Hüseynovun ad günü və mükafatı” reportajı -  - (MP3) audio clip

 

      Bu gün Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun ad günüdür. Onun 41 yaşı tamam olur.  Elmar 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Onu qətlə yetirənlər hələ də tutulmayıb, qətlin sifarişçiləri də müəyyən edilməyib.

   Ad günü münasibəti ilə ilk öncə Amerika təhsil mərkəzində ilk dəfə olaraq jurnalistin xatirəsinə həsr edilmiş  "Elmar mükafatı"nın təqdimatı olub. Mükafat Fondunu ABŞ Dövlət Departamenti maliyyələşdirib.

      ABŞ səfirliyinin təmsilçisi Dmitri Taraxovski bildirib ki. Elmar Hüseynov azadlıq simvoludur və onun qatilləri bir gün mütləq  tapılacaq.

    Çoxsaylı jurnalistlər, ictimai, siyasi xadimlər Elmar Hüseynovun məzarını da ziyarət edib. "Müsavat" partiyasının başqanı İsa Qəmbər Hesab edir ki,  Elmar Hüseynovu qətlə yetirən cinayətkar qrupa yüksək vəzifəli şəxslər  rəhbərlik edir. Onun fikrincə, insanlar Elmar Hüseynovu qətlə yetirənləri öz qəlblərində artıq məhkum edib.  

    Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseyn hakimiyyəti Elmar Hüseynova abidə qoyulması məsələsini həll etmədiyini deyib. Çoxsaylı ziyalılar, jurnalistlər, ictimai xadimlər  jurnalistin abidəsinin qoyulması üçün imza atıb. O Azərbaycan hakimiyyətindən fərqli olaraq yaxın zamanda Elmarın abidəsinin xarici dövlətlərdə ucaldılacağını deyib.  

    Oğlum Elmarın qətli ilə bağlı hər hansı istintaq işi getmir və faktiki olaraq, istintaq dayandırılıb.  Bu sözləri isə Elmar Hüseynovun atası Sabir Hüseynov Amerikanın səsi radiosuna bildirib. Onun sözlərinə görə, ailə üzvləri yalnız üç il öncə bir dəfə istintaqa dəvət olunublar və o vaxtdan ailə üzvlərinə hər hansı məlumat verilmir.

     Elmar Hüseynovun keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetirilməsi barədə banda başçısı Hacı Məmmədovun məhkəmədə verdiyi bəyanata münasibət bildirən Sabir Hüseynov buna inanmadığını bildirib.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
ABŞ prezidenti Böyük Yeddilərin maliyyə nazirləri ilə görüşüb

  Başqa xəbərlər
Kürd yaraqlılarının mövqeləri hədəf alınıb
Çeçenistanda zəlzələ olub
Pakistanda 30 nəfərin dəfn mərasimi keçirilib
ABŞ Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
Süleyman Əliyarlı: “Türkmənçay müqaviləsi zor hesabına bağlanmışdı”
İranda bazar tətilə başlayıb
Con Makkeyn tərəfdarlarını rəqibi Barak Obamaya ehtiram göstərməyə çağırıb
Aleksandr Karavayev: “Minsk qrupu artıq dağılıb”
Sənayesi inkişaf etmiş dövlətlərin maliyyə nazirləri görüş keçirir
ABŞ prezidentliyinə namizədlər diqqətlərini iqtisadiyyata yönəltmişlər
Bernard Kuşner Rusiyanın atəşkəs razılığının şərtlərinə tam əməl etmədiyini deyir
Azərbaycanda prezidentliyə namizədlərin proqramlarında İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı müddəa yoxdur 
Dörd məhbus müvəqqəti azadlığa buraxılıb
Kürd yaraqlıları Türkiyə ilə sərhədi keçməyə çalışıblar
Pakistanla İran qaz kəmərinin çəkilişinə dair razılığa gəlib
Ekspert dünya maliyyə böhranının Azərbaycan bazarına təsir etməyəcəyini bildirir  Audio Clip Available
Robert Geyts: “Rusiya Qafqazın təhlükəsizliyini pozub”
Türkiyə PKK -ya qarşı mübarizədə yeni təklifləri nəzərdən keçirir
Prezident Buş Slovakiya prezidenti ilə görüşüb
Asiya bazarlarında ticarət qarışıq göstəricilərlə həyata keçirilib
Ədəbiyyat sahəsində Nobel mükafatına fransız yazıçısı layiq görülüb
Islamabadın polis qərargahında intiharçı hücumu həyata keçirilib
Əl-Sədrin şiə fraksiyasının qanunvericisi qətlə yetirilib
Novruz Məmmədov: “Münaqişənin həllini yalnız sülh danışıqlarında görürük”
Rusiya İrana anti-hava mərmiləri satmayacağını deyir