Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
"Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru həbsxanada aclığa başlayıb

26/03/2008
Tapdıq Fərhadoğlunun “Jurnalist həbsxanada aclıq edir” reportajı - Yükləmək (MP3) audio clip
Tapdıq Fərhadoğlunun “Jurnalist həbsxanada aclıq edir” reportajı -  - (MP3) audio clip

"Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayev saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində bu gündən aclığa başlayıb. Bu barədə baş redaktorun atası Emin Fətullayev “Amerikanın səsi” radiosuna bildirib.      Eynulla Fətullayev həbsdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin satirik-yazarı Mirzə Sakitin və özünün qeyd-şərtsiz həbsdən azad edilməsini, Avropa Şurası və ATƏT-in "vicdan məhbusunun" həbsdən azad edilməsi mexanizmini ictimaiyyətə açıqlamasını tələb edir.     O baş redaktorun səhhətində problemin olmadığını, ancaq günahsız həbsinin onu hər an hirsləndirdiyini deyib.      Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə “Amerikanın səsi”  radiosuna baş redaktorun aclığa başlaması ilə bağlı onlara hər hansı məlumatın daxil olmadığını bildirib.     Cənab Fətullayev 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə səkkiz il yarım azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin  terrorla hədələmə ,  vergidən yayınma, milli ayrı seçkilik salma maddələri ilə təqsirli bilinib.      Bu, cənab Fətullayevə qarşı 2007-ci ildə ikinci məhkəmə prosesi olub. Buna qədər o, böhtana görə iki il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ötən ilin aprelində Yasamal rayon məhkəməsi onu ATC saytındakı internet-forumda xocalıları təhqir etməkdə təqsirli bilib.     Bundan sonra baş redaktoru "Əliyevlər müharibəyə hazırlaşır" məqaləsinə görə məhkəməyə veriblər. Materialda Vaşinqton tərəfindən Tehran rejiminə qarşı hərbi əməliyyat keçiriləcəyi təqdirdə İranın Azərbaycana mümkün raket hücumu haqqında danışılır.   Məhkəmə zamanı cənab Fətullayev və onun vəkili İsaxan Aşurov irəli sürülmüş bütün ittihamları rədd edib, onları gülməli və əsassız adlandırıb. Fətullayev həmçinin məhkəmə hökmünü siyasi sifariş kimi qiymətləndirib. Jurnalistin atası, artıq birinci məhkəmə hökmündən Avropa İnsan Haqları məhkəməsinə müraciət edildiyini vurğulayıb. 

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Radovan Karadiç müharibə cinayətləri tribunalında özünü müdafiə edəcək

  Başqa xəbərlər
Türkiyədə 26 adam saxlanılıb
İraq prezidenti yeni seçki qanununu rədd edib
Huqo Çavez Belarusdadır
İran prezidenti nüvə fəaliyyətlərinin dayandırılmayacağını bildirib
Barak Obama İsrail və Fələstin rəsmiləri ilə görüşlər keçirib
Ermənistan prezidenti Türkiyə ilə münasibətlərin yaxınlaşmasına çağırır
Fələstinlilərin prezidenti Qüdsdə israilli həmkarı ilə görüşür
Venesuela prezidenti Hüqo Çavez Rusiyaya səfər edir
Pakistan və İran qaçaqmalçılıq və terrorizmlə mübarizə  əməkdaşlığına dair razılıq əldə edib
Bakı-Tbilis-Qars dəmir yolunun tikintisi başlayıb
Bank Milli İranın Bakı şöbəsinin əməliyyatlarına nəzarət rejimi ciddiləşdirilib  Audio Clip Available
Azərbaycanda milli mətbuat günü qeyd edilir
Zimbabvedə siyasi rəqiblər bu gün danışıqlara başlayır
Sabiq Bosniya Serb lideri Radovan Karadiç Haaqa hərbi tribunalına təhvil veriləcək
Kondoliza Rays İranın ciddilik nümayiş etdirmədiyni deyib
Britaniyanın baş naziri Gordon Braun İsrail parlamenti qarşısında çıxış edib
Azərbaycan Maliyyə Kəşfiyyatı orqanı yaradılmayıb  Audio Clip Available
Corc Buş Kosovo liderləri ilə görüşür
Jay Lefkovitz Şimali Koreyaya səfərini təxirə salıb