Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Azərbaycanın rəsmi internet resursları

13/05/2008
Tapdıq Fərhadoğlunun “Dövlət qurumlarında rəsmi internet resurslarının Monitorinqi” reportajı - Yükləmək (MP3) audio clip
Tapdıq Fərhadoğlunun “Dövlət qurumlarında rəsmi internet resurslarının Monitorinqi” reportajı -  - (MP3) audio clip

  "İnformasiya Azadlığının İnkişafı" Koalisiyası "Dövlət qurumlarında rəsmi internet resurslarının Monitorinqi"nin yekunlarını təqdim edib. Təqdimatda jurnalist təşkilatlarının rəhbərləri, dövlət qurumlarının təmsilçiləri və ekspertlər iştirak edib. Koalisiyanın prezidenti Osman Gündüz bildirib ki, monitorinq ötən ilin noyabrından başlayıb 2008-ci ilin mayınadək davam edib və 50 dövlət qurumunun internet saytını əhatə edir. "Saytların informasiya təminatını araşdırmaq üçün dövlət qurumları haqqında məlumat, onların fəaliyyəti, xidmətlər, texniki və texnoloji tələblər üzrə parametrlər əsas götürülüb. Eyni zamanda, informasiyaların kəmiyyəti və keyfiyyəti, o cümlədən aktuallığı, dolğunluğu, əldə olunma vəziyyəti üzrə qiymətləndirmə aparılıb". Beləliklə, ilk üç yer üzrə orta informasiya açıqlığı səviyyəsi 57 faizdir. 50 dövlət qurumu üzrə orta informasiya açıqlığı göstəricisi təxminən 27 faiz olub. Ötən il bu rəqəm cəmi 17 faiz olub. Cənab Gündüz hesab edir ki, informasiya açıqlığına görə Milli Məclisin, Azərbaycan prezidentinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Qulluğunun İdarəetmə Şurasının, Satınalmalar üzrə Dövlət Agentliyinin, Baş Prokurorluğun rəsmi saytlarında ciddi irəliləyişlər olub. Onun sözlərinə görə, Xarici İşlər, Təhsil Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Hesablama Palatasının rəsmi saytlarında informasiya açıqlığı əvvəlki dövrə nisbətən pisləşib. Reytinq cədvəlində ən aşağı yerləri tutan qurumlarda isə informasiya açıqlığı səviyyəsi cəmi 10 faiz təşkil edib. Koalisiyanın prezidenti həmçinin bildirib ki, rəsmi saytlarda bir qayda olaraq tenderlər, müsabiqələr, dövlət satınalmaları, dövlət qurumlarının büdcəsi və onun icrası, dövlət sirri təşkil edən informasiyaların siyahısı, boş iş yerləri, müsabiqə qaydaları, xidmətlər, onların qiymətləri və tarifləri, rəhbər işçilərin qəbul vaxtları ilə bağlı informasiyalar yerləşdirilmir. Tədbirdə iştirak edən ekspertlər dövlət qurumlarının rəsmi saytlarında informasiya açıqlığının çox aşağı olduğunu qeyd edib. Bununla yanaşı, cıxış edənlər "İnformasiya azadlığı haqqında" qanunun imzalanmasından üç il keçməsinıə baxmayaraq, hələ də İnformasiya Ombudsmanı İnstitutunun yaradılmamasından narahatlıq ifadə ediblər. Keçmiş deputat Rizvan Cəbiyevin fikrincə, saytda yerləşdirilən informasiyanın açıqlığı həm də dövlət qurumunun aşkarlıq dərəcəsinin göstəricisidir. İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Dünya Sakit iqtisadi və maliyyə strukturlarının saytlarında açıqlığın aşağı olmasının bu qurumların daxilindəki şəffaflığın göstəricisi olduğunu diqqətə çatdırıb.

 

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər
Yaponiyanın Saporro şəhərində ikinci gündür etiraz aksiyası keçirilir
Monqolustanda 4 günlük fövqəladə vəziyyət sona çatıb
Gürcüstanla Abxaziya sərhədində 4 partlayış olub
İraqda 2 partlayış 13 nəfərin həyatına son qoyub
Türkiyədə təqaüddəki iki general həbsə məhkum edilib
Qırmızı məscidin ordu tərəfindən ələ keçirilməsinin ildönümü qeyd edilib
İraqın 7 milyard dollarlıq borcu bağışlanıb
Rusiya Gürcüstana Abxaziyada yeni müharibə təhlükəsinə dair xəbərdarlıq edib
Livanın rəqib fraksiyaları razılıq əldə etməyə yaxındır
İran nüvə proqramı ətrafında danışıqlara hazır olduğunu deyir
ABŞ prezidenti Səkkizlərin sammitinə qatılmaq üçün Yaponiyaya yola düşür
Zimbabvedə seçki saxtakarlıqları lentə alınıb
Kolumbiya 15 əsirin azad edilməsi ilə bağlı videonu nümayiş etdirib
Əfqanıstanda parlament üzvü qətlə yetirilib
Bu gün Amerika Birləşmiş Ştatlarında Müstəqillik günü qeyd edilir
Məhəmməd Əli Cəfəri:”İrana qarşı hər bir  hərbi əməliyyat müharibəyə başlanğıq ola bilər”
Rusiya xarici QHT-lərə vergi tətbiq edir
Minskdə partlayış baş verib
Türkmənistan qazı Avropa bazarlarına Rusiya ərazisindən nəql ediləcək
İyulun sonunda ABŞ və Çexiya RƏM elementlərinin yerləşdirilməsi haqqında saziş imzalayacaq
Azərbaycanda su və kanalizasiya sistemi yenidən qurulur  Audio Clip Available
Dəyirmi Masa: Rusiya-Azərbaycan münasibətləri  Audio Clip Available
Cənubi Osetiya Gürcüstana qarşı ağır silahlardan istifadə ediləcəyini bildirib
Kolumbiyada girovda saxlanılanlar azad edilib
Neftin qiyməti yenidən artıb
Roman Abramoviç qubernatorluqdan istefa verdi
Mənuçehr Möttəki: "İranla Qərb arasında yeni danışıqlar başlayıb"