BMT İranın nüvə proqramı ilə bağlı iki sənəd qəbul edib. Onların əsasında
beynəlxalq birlik siyahısı müəyyən olunmuş obyektlərə qarşı müəyyən addımlara
dəvət olunub. Azərbaycan da beynəlxalq icmanın üzvü kimi BMT-nin sənədlərinin
yerinə yetirilməsinə öz töhfəsini verir. Bu barədə Azərbaycan Milli Bankı idarə
heyəti sədrinin müavini Rüfət Aslanlı "Amerikanın səsi" radiosuna müsahibəsində
bildirib.
Onun sözlərinə görə, Bank Milli İranın fəaliyyətinin
dayandırılması məsələsi BMT-nin qətnamələrində qoyulmayıb. "BMT
qətnaməsində Bank Milli İranın müəyyən növ əməliyyatlarına nəzarət rejiminin
ciddiləşdirilməsi və gücləndirilməsi nəzərdə tutulub. O da Azərbaycan Milli Bankı tərəfindən həyata keçirilir".