Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Azərbaycanda mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi üzrə monitorinq keçirilir

25/03/2008
Tapdıq Fərhadoğlunun Monitorinq Qrupunun rəhbəri İsrail Musayevlə müsahibəsi - Yükləmək (MP3) audio clip
Tapdıq Fərhadoğlunun Monitorinq Qrupunun rəhbəri İsrail Musayevlə müsahibəsi -  - (MP3) audio clip

    Azərbaycan Jurnalistlər Birliyi, Yeni Nəsil Jurnalistlər Birliyi, “RUH” Jurnalistləri Müdafiə Təşkilatı, “Nəcəf Nəcəfov” Maarifçilik və Xeyriyyə Fondu və Demokratik Jurnalistlər Liqasının daxil olduğu koalisiya KİV-də peşə etikası norma və qanunlarının gözlənilməsi üzrə monitorinq keçirir.      Layihə ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi Kişik Qrantlar Üzrə Demokratiya Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.     Məqsəd mətbuatın monitorinqinin keçirilməsi yolu ilə mətbuat orqanlarında  jurnalist etikası  prinsiplərinin gözlənilməsi sahəsindəki obyektiv mənzərəni müəyyən etmək, səciyyəvi pozuntuları üzə çıxarmaq, bu cür pozuntuların səviyyəsini azaltmaq və jurnalistlərin  peşə  standartlarını yüksəltməkdir.   Monitorinq  01.10.2007-ci ildən başlayıb 30.09.2008-ci ildə sona yetməklə bir illik  dövrü əhatə edir.   Monitorinq  “Yeni  Nəsil”  Jurnalistlər Birliyinin hazırladığı prinsiplərlə aparılır. Bu prinsiplər Azərbaycan Jurnalistləri Etik Kodeksinin tələblərinə uyğundur. Kodeksi   Azərbayjan jurnalistlərinin  1-ci qurultayında Mətbuat Şurasını təsis edən nümayəndələr qəbul edib. Həmin prinsiplərə görə, mətbuatda  yol verildiyi ehtmal  olunan   bütün peşə etikası pozuntuları  50  kodla  simvollaşdırılır. Kodlarla simvollaşdırılmış  pozuntular  digər etik pozuntularla  yaxınlığı və ya müxtəlifliyindən asılı olaraq 13  yarım kateqoriyaya ayrılır. Yarım kateqoriyalar isə  üç əsas kateqoriyada əhatə olunur. Həqiqətə xidmət, dəqiqlik və obyektivlik; Məlumat mənbəyinə hörmətli münasibət; Adın qorunması(Şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı prinsipi).        Monitorinq respublikada  Azərbaycan və rus dillərində  dövrü  nəşr olunan (həftədə ən azı bir dəfə)  57-59  mətbu  KİV-i  və  3  internet saytı  əhatə edir.   

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Almaniyadadır

  Başqa xəbərlər
Corc Buş:" Dünya  saxta proteksionizmdən müdafiə edilməlidir"
Zimbabve müxalifəti ilə iqtidar arasında danışıqlar gedir
İraq prezidenti Cəlal Talabani vilayət seçki qanununu rədd edib
İsrail Qərb Sahilində tikinti işlərini bərpa edəcəyini bildirib
PKK yaraqlılarının mövqeləri hədəf alınıb
Türkiyədə 26 adam saxlanılıb
İraq prezidenti yeni seçki qanununu rədd edib
Huqo Çavez Belarusdadır
İran prezidenti nüvə fəaliyyətlərinin dayandırılmayacağını bildirib
Barak Obama İsrail və Fələstin rəsmiləri ilə görüşlər keçirib