133 il öncə Azərbaycanın ilk mətbuat orqanı "Əkinçi" qəzeti nəşr
olunub. Bundan başlanan Azərbaycan mətbuatı keşməkeşli tarixin dövranlarında
"Molla Nəsrəddin" , "İrşad", "Həyat", "Tərcüman", "Kaspi", "Azərbaycan",
"Kommunist" kimi nəşrlərlə yadda qalıb. Ölkə 1991-ci ildə müstəqilliyini bərpa
etdikdən sonra isə ilk müstəqil mətbuat qaranquşu "Azadlıq" qəzeti olub. İndi
Azərbaycanda minlərlə nəşrlər fəaliyyət göstərir.
Azərbaycanda mətbuata
azadlığı élan edilsə də media indi də çoxsaylı problemlərin burulğanındadır.
Belə ki, ölkənin üç tanınmış jurnalisri,- "Azadlıq" qəzetinin baş redaktoru
Qənimət Zahid, qəzetin Satirik yazarı Mirzə Sakit və "Gündəlik Azərbaycan"
qəzetinin baş redaktoru Eynulla Fətullayev,- həbsdədir.
İlk öncə Qənimət Zahidin, Mirzə Sakitin həyat yoldaşları və Eynulla
Fətulayevin atasının mətbuat günündə arzularını dinləyək.
Öz növbəsində, Mətbuat
Şurasının sədri Əflatun Amaşov son dövrlər çap mətbuatı sahəsində inkişafın
olduğunu deyir. Onun fikrincə, ölkədə senzura yoxdur və çap mətbuatı nəşr etmək
çox asandır. Cənab Amaşov həm də bu il həbsdə olan jurnalistlərin ötən ilkindən
az olduğunu bildirib. Ancaq Mətbuat Şurası bütün jurnalistlərin həbsdən azad
olunması üçün son anadək çalışacaq.
Mətbuat Şurasının sədri
həmçinin Elmar Hüseynovun qətlinin üçtünün açılmasını da vacib sayır.
Nəcəf Nəcəfov Fondunun
icraçı direktoru Şahin Hacıyev son dövrlər söz və mətbuat azadlığı sahəsində
geriləmələrin olduğunu deyir. Onun fikrincə, bütün bunlar planlı və düşünülmüş
şəkildə siyasi vasitə kimi həyata keçirilir.
Azərbaycanda mətbuatın
durumu ilə bağlı tanınmış beynəlxalq
təşkilatlar və ABŞ Dövlət Departamenti də vaxtaşırı tənqidi bəyanatlarla çıxış
edir. Bu gün isə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi mətbuat işçilərini
təbrik edib. O jurnalistlərlə söhbətində yenə də həbsdə olan jurnalistlərin
azad edilməsini vacib hesab etdiyini bəyan edib.