Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
ABŞ səfiri “Azadlıq” qəzetinin baş redaktorunun ailəsinə baş çəkib, jurnalistlərin aclığı davam edir   

28/03/2008
Tapdıq Fərhadoğlunun “ABŞ jurnalistləri dəstəkləyir, jurnalistlər isə aclıq edir” reportajı - Yükləmək (MP3) audio clip
Tapdıq Fərhadoğlunun “ABŞ jurnalistləri dəstəkləyir, jurnalistlər isə aclıq edir” reportajı -  - (MP3) audio clip

    Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin ailəsinə baş çəkib. Səfir baş redaktorun ailəsinə bayram payı da aparıb. “Novruz” yeni başlanğıc, sülh və barışıq vaxtıdır. Bilirəm ki, bu il Novruz  bu ailə üçün xoşbəxt vaxta təsadüf etməyib. Bunun üçün də ailəyə  gəlmək və rəğbətimi bildirmək üçün ehtiyac duydum. Azərbaycanın demokratik inkişafı üçün jurnalistlərin oynadığı rolun nə dərəcədə şərəfli və əhəmiyyətli olduğunu vurğulamağa ehtiyac duydum”.       ABŞ hesab edir ki, jurnalistlərə qarşı təzyiq və təqiblər yolverilməzdir və bunun qarşısı alınmalıdır. “Jurnalistlər işlərinə görə həbs edilməməlidir. Hesab edirik ki, bir çox azərbaycanlıların da çağırdığı kimi hökumət, mətbuat və vətəndaş cəmiyyətinin bir araya gəlib, müstəqil və müxalifət mətbuatı üçün yaranmış təzyiq, təqib və qorxu mühitinin müzakirə edilib aradan qaldırılması, mətbuatın inkişafı üçün mexanizmın axtarılıb tapılmasının vaxtı yetişib. Bu isə onun üçündür ki, Azərbaycanda həqiqətən müstəqil, səriştəli və obyektiv jurnalistikanın inkişafına mühit yaransın. Jurnalistlərin işi də mühümdür ki, onlardan hər hansı siyasi məqsədlər üçün istifadə edilməsin, etik jurnalistikanın standartları yüksəldilsin. Həqiqi, müstəqil və obyektiv jurnalistika olmadan demokratiya ola bilməz”.      Jurnalistin həyat yoldaşı Ayəndə xanım ABŞ-ın və beynəlxaıq təşkilatların mətbuat sahəsindəki problemlərin aradan qaldırılması, təqiblərə son qoyulması, jurnalistlərin həbsdən azad edilməsi ilə bağlı bəyanatlarının rəsmi hakimiyyətə təsirinin olmadığını diqqətə çatdırıb. Daha təsirli tədbirlərin gündəmə gətirilməsinin vacibliyini deyib.          Xanım Dersi isə son iki ildə KİV sahəsində geriləmələrin müşahidə edildiyini bildirib. O eyni zamanda, ABŞ-ın fərqli səsləri dəstəkləməkdə davam edəcəyini  deyib. “Jurnalistlərə qarşı təzyiqlər, jurnalistlərin qətli - Elmar Hüseynovun qətlə yetirilib, jurnalistlərin bıçaqlanması-Aqil Xəlil bıçaqlanıb, - qəbuledilməzdir. Demokratiyanın səsini boğmağa yönəlmiş bu cür təzyiq və təqiblərə son qoyulmalıdır. Müxtəlif fikirlərin səslənməsi, bəlkə də ziddiyyətli fikirlərin səsləndirilməsi demokratiyanın bərqərar olması üçün çox vacibdir. O adamlar ki, jurnalistlərə əl qaldırır, jurnalistlərə təzyiq edir, onları bıçaqlayır, hücum edir, bu adamlar Azərbaycanın gələcəyinin əleyhinədir. Burada dediklərimi hökumətlə görüşlərimdə də qaldırıram. ABŞ, ATƏT, AŞ-sı Azərbaycanda fərqli fikirliliyi dəstəkləməkdə davam edəcək. Əgər çağırışlarımız eşidilməzsə, daha da gücləndirəcəyik. Lakin onu da bildirim ki, beynəlxalq təşkilatlar Azərbaycanı idarə etmir. Azərbaycanı azərbaycanlılar idarə edir”.        Jurnalistlər isə ehtirazlarını aclıq etməklə diqqətə çatdırmaq istəyir. Belə ki, "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevin həbsxanada başladığı aclıq aksiyası genişlənir. Bu gün aksiyaya bir qrup siyasi məhbus və jurnalistlər qoşulub: Azərbaycanın ilk milli qəhrəmanlarından olan Rasim Əkbərov, "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, keçmiş polis rəisi Müşfiq Mədətov, eyni zamanda, daha 3 jurnalist aksiyaya qoşulub.     "Gündəlik Azərbaycan" qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu bildirib ki, sabahdan daha 6 jurnalist aksiyaya qoşulacaq. Onun sözlərinə görə, aclıq aksiyası tez bir zamanda həbsdə olan çoxsaylı insanı da əhatə edəcək.    Müxalifətdə olan siyasi partiyalar, qeyri-hökumət təşkilatları da jurnalistlərin tələblərini dəstəkləyir. “Müsavat” partiyasının başqanı  İsa Qəmbər Eynulla Fətullayevin aclıq aksiyasına başlamasını çox böyük fədəkarlıq kimi qiymətləndirir. O özünün də aclıq aksiyasına qoşulacağını istisna etmir.      İqtidarda olan “Yeni Azərbaycan”  partiyasının icra katibinin müavini  Mübariz Qurbanlı aclıq aksiyası ilə hüquq sisteminə və hökumətə təzyiq etməyin mümkün olmadığını bildirir.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Zimbabvedə seçki saxtakarlıqları lentə alınıb

  Başqa xəbərlər
Rusiya Gürcüstana Abxaziyada yeni müharibə təhlükəsinə dair xəbərdarlıq edib
Livanın rəqib fraksiyaları razılıq əldə etməyə yaxındır
İran nüvə proqramı ətrafında danışıqlara hazır olduğunu deyir
Kolumbiya 15 əsirin azad edilməsi ilə bağlı videonu nümayiş etdirib
Əfqanıstanda parlament üzvü qətlə yetirilib
Bu gün Amerika Birləşmiş Ştatlarında Müstəqillik günü qeyd edilir
Məhəmməd Əli Cəfəri:”İrana qarşı hər bir  hərbi əməliyyat müharibəyə başlanğıq ola bilər”
Rusiya xarici QHT-lərə vergi tətbiq edir
Minskdə partlayış baş verib
Türkmənistan qazı Avropa bazarlarına Rusiya ərazisindən nəql ediləcək
İyulun sonunda ABŞ və Çexiya RƏM elementlərinin yerləşdirilməsi haqqında saziş imzalayacaq
Azərbaycanda su və kanalizasiya sistemi yenidən qurulur  Audio Clip Available
Dəyirmi Masa: Rusiya-Azərbaycan münasibətləri  Audio Clip Available
Cənubi Osetiya Gürcüstana qarşı ağır silahlardan istifadə ediləcəyini bildirib
Kolumbiyada girovda saxlanılanlar azad edilib
Respublikaçı senator Con Makkeyn Meksikadadır
Neftin qiyməti yenidən artıb
BMT Əfqanıstanla Pakistan arasında əməkdaşlığın daha da gücləndirilməli olduğunu deyir
BMT-nin baş katibi Ban Gi Mun Cənubi Koreyadadır
Roman Abramoviç qubernatorluqdan istefa verdi
Qüdsdə qeyri-adi terror aktı həyata keçirilib
Fələstinlilərlə Misir polisi arasında toqquşma olub
Soçi şəhərində baş verən partlayışın səbəbləri araşdırılır
Monqolustanın paytaxtında zorakılıqlar baş verib
Bağdadda xüsusi qrup üzvləri həbs edilib
Mənuçehr Möttəki: "İranla Qərb arasında yeni danışıqlar başlayıb"