Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

YUNESKO Bakıda Avropa regionunda savadsızlıqla bağlı problemləri müzakirə edir

14/05/2008
Tapdıq Fərhadoğlunun “Avropada da yazıb-oxuya bilməyənlər var” reportajı - Yükləmək (MP3) audio clip
Tapdıq Fərhadoğlunun “Avropada da yazıb-oxuya bilməyənlər var” reportajı -  - (MP3) audio clip

Bakıda YUNESKO, Azərbaycan Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda üçgünlük konfrans işinə başlayıb. Forum "Dünyada Savadlılığın Dəstəklənməsi" üzrə YUNESKO-nun Regional konfransları çərçivəsində keçirilən 5-ci konfransdır və Avropa regionunda savadsızlıqla bağlı problemlər müzakirə ediləcək. Tədbirdə Avropanın 31 ölkəsindən iki yüzədək ekspert, birinci xanımlar, təhsil nazirləri, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Beynəlxalq forumun açılış mərasiminə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, YUNESKO-nun baş katibi Koiçiro Matsuura, Niderland şahzadəsi Laurentin və videomüraciətlə ABŞ-ın birinci xanımı Laura Buş qatılacaq. Tədbirdə "Müasir dünyada savad konsepsiyası, onun inkişafı və yaşlıların təlimi", "Ailədə savad və nəsillərarası öyrənmə", "Səhiyyə sahəsində savadlılıq", "Davamlı inkişaf naminə savad və təhsil", "Savad səviyyələrinin və təməl bacarıqlarının müəyyən edilməsi və dəyərləndirilməsi" məsələləri müzakirə ediləcək. Konfransdan öncə keçirilən mətbuat konfransında təhsil naziri Misir Mərdanov bildirib ki, müasir Avropada savadsızlıq məsələləri yalnız oxumaq və yazmaqla məhdudlaşmır. "Artıq Avropada savadsızlıq probleminin həllinə yeni baxış formalaşıb. Bu, texniki biliklər, məlumatları anlamaq, təhlil etmək, onu ötürməyi nəzərdə tutur". Nazir bildirib ki, konfransda dünyada savadlılığın genişlənmiş konsepsiyası müzakirə olunacaq. "Bakı konfransı həmçinin savadsızlıq dərəcəsinin qiymətləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsinə pedaqoji yanaşmalar və qanunverici təsisatlar üzrə yeni tələblərin yerinə yetirilməsı məsələlərini müzakirə edəcək. Hər bir subregion ölkəsinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, işlə təmin olunma, sağlamlıq, davamlı inkişaf və vətəndaşlığa uyğun praktik məsləhətlər veriləcək. Konfransda həmçinin effektivliyin təsdiq edilmiş proqramlarının təqdimatı olacaq". YUNESKO-nun təhsil üzrə baş direktorunun müavini Nikolas Börnet bildirib ki, indiyədək heç bir dövlət təhsil problemini sonadək həll edə bilməyib. Onun sözlərinə görə, Avropada da təhsillə bağlı ciddi problemlər var. "YUNESKO-nun hesablamalarına görə, Avropada savadlılıq dərəcəsi 96 faiz olsa da, ciddi problemlər qalmaqdadır. Təşkilatın hamı üçün təhsil 2008-ci il Beynəlxalq Monitorinq hesabatına görə, Mərkəzi və Şərqi Avropada 9 milyon insan yazıb-oxuya bilmir”. Onun sözlərinə görə, hamı tərəfindən qəbul olunan mülahizələrə görə, yalnız milli azlıqlar savadsızlıqdan əziyyət çəkir. Amma savadsızlığın aşağı səviyyəsi Avropa əhalisinin əsas hissəsinə aiddir. Hələ də yaşlı nəslin bir hissəsi onların həyatına, ölkələrinin iqtisadi və siyasi həyatına təsir edən aşağı savadlılıq dərəcəsinə malikdir. Bu, insanların hər hansı mətnlə işləmək bacarığı deyil, savadlılıq özündə informasiyanı müxtəlif yollarla yerləşdirməyi, nəticə çıxarmağı, həmçinin qrafik, kompüter və riyazi bacarığı cəmləşdirir". Baş direktorun müavini “Amerikanın səsi” radiosunun sualının cavabında yeni müstəqil dövlətlərin təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiya məsələlərinə YUNESKO-nun kömək etməyə hazır olduğunu bəyan edib. "Bu dövlətlər YUNESKO qarşısında təşəbbüslə çıxış etməli, ehtiyaclarını əks etdirən milli proqramları olmalıdır". İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil ala bilməməsi ilə bağlı sualının cavabında isə YUNESKO-nun Ömürlük Təhsil İnstitutunun direktoru Adam Ouen bildirib ki, bu məsələ təşkilatın 1950-ci ildə keçirdiyi konfransda müzakirə edilib. "YUNESKO-nun konfransı hər kəsin ana dilində təhsilinin təmin edilməsini tövsiyyə edib. Düzdür bir sıra ölkələrdə bu həyata keçirilmir. Bu həm də itməkdə olan dillərlə bağlıdır. Elə linqvistik sistem yaradılmalıdır ki, bütün dillər qorunub saxlansın. YUNESKO kiberməkanda müxtəlif dillərdə təhsili dəstəkləyir. İran da bu sahədə siyasətini formalaşdırmalı və həyata keçirməlidir. YUNESKO belə siyasəti dəstəkləyərdi".

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər
Üç şiə nazir İraq hökumətinə qayıdır
ABŞ Qazaxıstanda din azadlığından narahatdır
ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Əfqanıstandadır
“Millenium inkişafı” proqramı təhlükə altındadır
C.Buş radio müraciətində ABŞ iqtisadiyyatından danışıb
Qəndəhar vilayətində 4 polis həlak olub
Tayvanda qasırğa səbəbi ilə 15 adam ölüb
"Yeniyetmə Nailiyyəti" proqramı
Barak Obamanın Əfqanıstan və Iraqa səfər planı rəqibi Con Makkeyn tərəfindən qarışıq reaksiya ilə qarşılanıb
Almaniya xarici işlər naziri Abxaziya liderilə görüşüb
Bu gün Nelson Mandellanın   90 yaşı tamam olur
Mətbuat icmalı: Türkiyədə demokratiya və dünyəvi sistemin gələcəyi
İranın xarici işlər naziri Ankaradadır
ABŞ prezidenti və İraqın Baş naziri telefon söhbəti edib
Əli Babacan İranla nüvə proqramı məsələsinin danışıqlar yolu ilə həlli qərarından razı qalıb
ABŞ-ın müdafiə naziri  Əfqanıstana əlavə əsgəri qüvvə göndərilə biləcəyini deyir
Roma Papası Avstraliya gənclərinə müraciət edib
Ermənistanın xarici işlər nazirinin ABŞ səfəri davam edir
Monitor jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynov  mükafatının təqdimatı olub  Audio Clip Available
Azərbaycan Pekin Olimpiadasında 44 idmançı ilə təmsil olunacaq  Audio Clip Available
Hizbullahla dəyişdirilmiş İsrail əsgərləri dəfn olundu
Livanın sünni lideri İraqdadır
İspaniya Ali Məhkəməsi Madrid hücumunda şübhəli bilinən 4 nəfərə qarşı iddiaları rədd edib
Almaniya xarici işlər naziri Gürcüstana gedir
ABŞ Senati xəstəliklərlə mübarizəyə yardım qanununu təsdiq edib