“Amerikanın səsi”nin radio proqramları həftənin 7 günü azərbaycanlı dinləyicilərin görüşünə gəlir. Birləşmilş Ştatlardan və dünyadan son xəbərlər, Azərbaycanın siyasi, iqtisadi və mədəniyyət yenilikləri, İran Azərbaycanı barədə son məlumatlar – Bütün bunları Amerikanın səsinin radio verilişində dinləyin.
Vaşinqtondan Amerikanın Səsinin Azərbaycan Xidmətinin tam formatlı verilişlərinə hər gecə Bakı vaxtilə saat 22:30-dan 23-ə, Təbriz vaxtı ilə saat 22-dən 22:30-dək 49.5, 41.4 və 21.8 metr qısa dalğalarda, 6050, 7235 və 13725 kilohertz tezliklərdə qulaq asa bilərsiniz. Bakıdakı dinləyicilərimiz bizi 101.7 FM dalğasında da dinləyə bilər. Tam formatlı verilişimiz həmin dalğada gecəyarısı, saat 12-də təkrar səsləndirilir.
Bakı vaxtilə saat 22.30-da efirə gedən verilişimizə orta dalğada 1296 kilohertz tezlikdə də qulaq asa bilərsiniz.
Bakı və Abşeron yarımadasında yaşayan dinləyicilərimiz Amerikanın Səsinin xəbərlər bülletenini də hər gün Bakı vaxtilə saat 19-da və 21-də, 101.7 FM dalğasında dinləyə bilərlər.