blank

Haqqımızda | Bizimlə əlaqə saxlayın

Haqqımızda

Haqqımızda

 

İlk dəfə verilişlərinə 1942-ci ildə başlayan Amerikanın səsi Yayım Şurası vasitəsilə ABŞ hökuməti tərəfindən maliyyələşdirilən beynəlxalq multimedia yayım xidmətidir. Amerikanın səsi hər həftə dünyanın müxtəlif guşələrində yaşayan təqribən 125 milyon  izləyici üçün 1500 saat həcmində verilişlər yayımlayır.

 

Amerikanın səsinin Xartiyası

Amerikanın səsinin proqramlarında həqiqəti qorumaq və təşkilatın missiyasını müəyyən etmək məqsədilə qurumun Xartiyası 1960-cı ildə hazırlanmış, daha sonra 1976-cı il iyulun 12-də Prezident Cerald Ford tərəfindən imzalanaraq qanuni qüvvəyə minmişdir.

 

Sənəddə deyilir

Dünya  xalqları ilə radio vasitəsi ilə birbaşa əlaqə saxlamaqla Birləşmiş Ştatların uzunmüddətli maraqlarına xidmət göstərilir. Effektiv ola bilmək üçün Amerikanın səsi dinləyicilərinin diqqətini cəlb etməli və hörmətini qazanmalıdır. Beləliklə Amerikanın səsinin (VOA) yayımları bu prinsiplər əsasında həyata keçəcək.

  1. Amerikanın səsi  daimi olaraq etibarlı, inam qazanmış bir xəbər mənbəyi olaraq xidmət edəcək.
  2. Amerikanın səsi Amerika ictimaiyyətini qismən deyil, bütövlüklə təmsil edəcək və buna görə də mühüm Amerika idealları və təsisatlarını bitərəf və geniş şəkildə əks etdirəcək.
  3. Amerikanın səsi Birləşmiş Ştatların siyasətlərini açıq və effektiv şəkildə təqdim edəcək və bu siyasətlər haqqında məsuliyyətli müzakirələr və şərhləri yayımlayacaq.