Amerikanın səsi ▪ Azerbaijani
Ən Etibarlı Xəbər Mənbəyi

Mətn
Axtar

 
Ümumdünya Səhiyyə Təşkilatı quş qripinə qarşı ehtiyatlı olmağa çağırır

09/01/2006

Ümumdünya Səhiyyə Təşkilatı insanları əmin edir ki, quş qripi virusunun yaxşı bişmiş toyuq ətindən və ya yumurtadan keçmək riski yoxdur. Təşkilat həmçinin bildirir ki, quş qripinə dair artmaqda olan narahatlıqlara görə toyuq ətinin yeyilməsi dayandırıla bilər. Dəli dana virusu vaxtında da ət satışı kəksin dərəcədə aşağı düşmüşdü.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü İen Simpson Amerikanın Səsinə təşvişə düşməyin lazım olmadığını bildirib. O deyib:

“Hazırkı halda yaxşı bişirilmiş toyuq əti və yumurta yeməklə quş qripinə yoluxulması faktı qeydə alınmayıb. Toyuq əti və yumurta yeməməyə əsas yoxdur.”

Dünya Səhiyyə Təşkilatı bildirir ki, yaxşı bişirilməklə H5N1 quş qripi virusu da daxil edilməklə, hər bir virus ölür. Təşkilat vurisin yayıldığı bölgələrdə çiy ət, eləcə də, yaxşı bişməmiş yumurta yeyilməsini məsləhət görmür. BMT-nin Səhiyyə Agentliyi xəbər verir ki, quş qripi virusu xəstəliklər qeydə alınmayan yerlərdə əldən-ələ keçməklə və ya yemək yolu ilə yayıla bilməz.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Cənab Simpson H5N1 virusunun ən çox kəsilərkən, ya da ölü quşlara əl vurularkən yayaılma riskinin yüksək olduğunu bildirir və deyir ki, onlar hazırlanarkən maska və əlcək taxılmalıdır.  Təşkilat çiy ətin bişmiş və ya hazır yeməklərdən kənar saxlanması ilə zəhərlənmə hallarına yol verməməyə çağırır. Təşkilat bildirir ki, çiy ətə toxunan əllər tetz-tez yuyulmalı, ətin dəydiyi ləvazımat dezinfeksiya edilməlidir.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Məlumati çap etmək
  Baş xəbərlər
ABŞ Konqresinin Nümayəndələr Palatası səhiyyə islahatları barədə qanun layihəsini  təstiq etdi

  Başqa xəbərlər
İKT Darfura maliyyə yardımı ayırmağa çalışır
Pakistanda terror aktı törədilib
İraq baş naziri səslərin yenidən hesablanmasına çağırır
İran lideri ABŞ-ı tənqid etdi
Çin Google-u ABŞ-ın vasitəsi olmaqda günahlandırır
İsrail lideri inşaat planlarında güzəştə getmir
BMT Baş katibi İsraili yeni yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb
İraqda seçkilərdən sonra səslərin hesablanması davam edir
Fələstinlilər İsrail ordusunun 16 yaşlı oğlanı öldürdüyünü deyir
ABŞ prezidenti İran xalqına Novruz mesajı göndərib
ABŞ Hindistana Mumbay hücumları ilə bağlı pakistanlı amerikalını sorğu-sual etməyə icazə verəcək
Prezident Obama səhiyyə islahatlarının qəbul edilməsinə çalışır
Pakistanda reyd zamanı 3 Taliban üsyançısı həbs edilib