Amerikanın səsi ▪ Azerbaijani
Ən Etibarlı Xəbər Mənbəyi

Mətn
Axtar

 
Azərbaycanda insanların quş qripinə yoluxması müəyyən edilməyib

14/02/2006
Quş qripi ilə bağlı benyəlxalq ekspertlərin fikirləri Tapdıq Fərhadoğlunun reportajında audio clip

   Quş qripi xəstəliyi Azərbaycanda aşkarlanandan sonra insanlar arasında sanki bir anlaşılmazlıq yaranıb. Bir çox adamlar vəziyyətdən çıxışı yalnız quş məhsulları ilə qidalanmaqda görür.      Ümumdünya Səhiyyə Təşkilatınanın məlumatında bildirilir ki, insan bu virusa xəstə, yaxud ölü ev quşları və vəhşi quşlarla sıx təmas nəticəsində yoluxa bilər. Xəstə vəhşi quşlar və ev quşları özlərini qeyri-adi aparır, hərəkətləri nizamsız olur, başlarını fırladır, boyunları əyilir, xarici qıcıqlandırıcılara məhəl qoymur, özlərini halsız hiss edir. Pipiklərin şişməsi və qaralması, habelə tənəffüsün çətinləşməsi müşahidə olunur. «Bir sıra hallarda xəstə quşların yaxşı bişməmiş əti və yumurtaları ilə qidalanma nəticəsində insanın virusa yoluxması mümkündür. Xəstə quşların ifrazatı da təhlükəlidir. Çünki ifrazatla bitkilərə, havaya, suya düşən virusa adam su içəndə, çiməndə, habelə hava-damcı, hava-toz yolu ilə, çirkli əllər vasitəsilə yoluxa bilər. Yadda saxlamaq lazımdır ki, mənfi temperaturlarda quş qripi virusu salamat qalır, lakin Selsi ilə 70 dərəcəyədək istilik virusu bir neçə dəqiqəyə məhv edir».        Ümumdünya Səhiyyə təşkilatı bildirir ki, insanın xəstəliyə yoluxması ilə onun ilk əlamətlərinə qədər bir neçə saat, yaxud 5 gün keçə bilər.«Xəstəlik titrətmə ilə başlanır, hərarət 38 dərəcəyə qalxır və daha yüksək olur, əzələ, baş və boğaz ağrıları ilə müşayiət edilir.2-3 gündən sonra qan qarışıq bəlğəmli öskürək, təngnəfəslik müşahidə olunur».       Ümumdünya Səhiyyə təşkilatı insanalara məsələhət görür ki, xəstəliyin ilk əlamətləri müşahidə edildikdən dərhal sonra həkimə müraciət etsinlər və müalicənin gecikdirilməsi fəsadların inkişafına gətirib çıxarır.     Hazırda BMT-nin Fauna təşkilatının, Türkiyənin, ABŞ-ın, Meksikanın və Xorvatiyanın ekspertləri quş qripinə qarşı mübarizənin təşkilində Azərbaycana kömək edir. Ekspertlərin iştirakı ilə tədbirlər planı da hazırlanıb. Türkiyəli ekspert Barış Yılmaz Amerikanın səsi radiosuna bildirib ki, planın əsasını əhalinin maarifləndirilməsi sahəsində aparılacaq tədbirlər tutur.     Cənab Yılmaz əhalini panikaya düşməməyə çağırıb. Onun sözlərinə görə, yaxın vaxtlarda bu xəstəliyin viruslarını aradan qaldırmaq mümkün deyil və bu səbəbdən dövlət baytarlıq xidmətinin məsləhət gördüyü təsərrüfatların quş məhsullarından istifadə etmək lazımdır.      Azərbaycan  Quşçuluq cəmiyyətinin sədri Abbas Məmmədov bildirib ki,  ölkədə 40 milyon ev quşu və 60 milyona yaxın  çöl quşları yaşayır. Onun sözlərinə görə, quşlar arasında virusun yayılmasının qarşısını  almaq mümkün deyil , çünki elə çöl quşları var ki, gün ərzində 300 kilometrədək məsafə qət edir. Ekspert hökuməti virusun ev quşlarına keçməməsi üçün təcili tədbirlər görməyə çağırıb.    Azərbaycanda indiyədək insanların quş qripinə yoluxması qeydə alınmayıb. Səhiyyə nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Amerikanın səsi radiosuna bildirib ki, 300 nəfər qripə yoluxmaqda şübhəli bilinən şəxsin qanı Qahirə referent laborotiyasında yoxlanıb və virus aşkarlanmayıb.    Onun sözlərinə görə, nazirlik quş qripinə qarşı mübarizə məqsədilə dezinfeksiya preparatları, habelə bu xəstəliyin müalicəsində ən səmərəli dərmanların ehtiyatını yaradıb. Xanım Məmmədoa bildirib ki,  quş qripinə yoluxması güman edilən xəstələrin qəbulu üçün Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda və 7 nömrəli şəhər infeksion xəstəxanasında palatalar da hazırlanıb. emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Məlumati çap etmək
  Baş xəbərlər
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük sülh sazişinə keçid ola bilər  Audio Clip Available

  Başqa xəbərlər
Amerikada 7 milyonadək müsəlman var
Bakıda 2008-ci ildə məsciddə partlayış törədən Pakistanda həbs edilib
Bruking İnstitutunda Türkiyənin Sabancı Universiteti ilə birgə təşkil edilən illik konfrans keçirilib
Türkiyənin Nabucco layihəsini təsdiq etməsi yeni baxışlar yaradıb  Audio Clip Available
2009-cu ildə Azərbaycana qarşı kəşfiyyat aparan 29 nəfər həbs olunub
Rusiya və ABŞ nüvə silahlarının azaldılması sazişinin imzalanmasına yaxındırlar
Erməni 'genosid'i iddialarına ekspertlərin mövqeyi
İran məhkəməsi sabiq vitse-prezidenti həbsdə saxladı
Qum tufanı İran Azərbaycanında çoxlu xəsarətə səbəb olub
İraqda zorakılıqlar qeydə alınır
BMT Baş katibi Gürcüstan və Rusiya arasında danışıqların bərpasına çağırıb
Dəyirmi Masa: Azərbaycanda müstəqil medianın durumu
ABŞ dövlət katibi Hillari Klinton Moskvaya səfər edir
ABŞ hökuməti Qırğızıstanda mətbuatın təqib edilməsinə görə narahatlığını bildirib
Rusiya Buşehr reaktorunun bu ilin ortalarında işə düşəcəyini bildirib
İranın müxalifət nümayəndələri azadlığa buraxılıb
ABŞ prezidenti İsrailin yəhudilər üçün inşa planının İsrail-Ərəb sülh səylərinə mane olduğunu deyib
Rusiya və Amerika astronavtları kosmik fəzadan Yerə qayıdıblar
Barak Obama İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün beynəlxalq sanksiyaların tətbiqinə çalışacağını deyib
Türkiyə Ermənistanı mühacirlərin deportasiyası ilə təhdid edir
Ədliyyə sistemi və məlumat əldə etmək hüququ  Audio Clip Available
Prezident 72 məhbusu  əfv edib, 1 jurnalist də əfvə düşüb 
İranda 6 etirazçı edama məhkum olub
ABŞ hərbi təyyarələri Şimali Vəziristanda hücumlarını davam etdirir