Amerikanın səsi ▪ Azerbaijani
Ən Etibarlı Xəbər Mənbəyi

Mətn
Axtar

 
Azərbaycanda qripdən quşların qırılması sürətlə artır 

17/02/2006
Quş qripi ilə bağlı son vəziyyət barədə Tapdıq Fərhadoğlunun reportajı audio clip
Quş qripi ilə bağlı son vəziyyət barədə Tapdıq Fərhadoğlunun reportajı audio clip

Ekspertlər hesab edir ki, fevral-mart aylarında Azərbaycanda quş qripindən qırılan quşların sayı kütləviləşəcək. Belə ki,  bu aylarda  vəhşi quşların cənubdan şimala aktiv miqrasiyası dövrüdür. Milyonlarla vəhşi quş Afrika, Fars körfəzi, Aralıq dənizi regionundan, eləcə də Hindistandan köç edir. Azərbaycan ərazisi isə bu quşların miqrasiyası üçün əsas yollardan biridir. Hazırda ölkədə  on milyonlarla quş var. Kənd təsərrüfatı naziri İsmət Abbasov Amerikanın səsi radiosuna bildirib ki, son günlər ölkə razisində vəhşi quşların ölüm halları çoxalıb.    Nazirin sözlərinə görə, quş qripinin daha geniş yayılmaması üçün hökumət lazımıi tədbirləri görülür, dezinfeksiya  işləri aparılır.    Dunən prezident sərəncamı ilə quş qripinə qarşı mübarizəni təşkil etmək məqsədilə dövlət komissiyası yaradılıb. Dövlət komisssiyasının sədri, baş nazirin birinci müavini Abbas Abbasov bildirib ki,  hazırda ölkə ərazisində vəziyyətin monitorinqini aparılır. Onun sözlərinə görə, "quş qripi"nin qarşısının alınması və profilaktikası üçün  $16 mln. vəsait tələb olunur.    Cənab Abbasov Azərbaycanın beynəlxalq humanitar və maliyyə strukturları ilə əməkdaşlıq etdiyini də bildirib. «Asiya İnkişaf Bankı 50 min dollar qrant ayırıb, daha 250 min dollar ayrılması barədə də qərar qəbul edib. Dünya Bankının $5 mln. dəyərində "quş qripi"lə mübarizə layihəsini maliyyələşdirməsi imkanları da müzakirə olunur. BMT və YUNİSEF-lə məsləhətləşmələr aparılır».     Dövlət komissiyasının sədri bildirib ki, ölkədə ev quşlarının və insanların quş qripinə yoluxması  qeydə alınmayıb. emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Məlumati çap etmək
  Baş xəbərlər
Aleksandr Karavayev: “Minsk qrupu artıq dağılıb”

  Başqa xəbərlər
Sənayesi inkişaf etmiş dövlətlərin maliyyə nazirləri görüş keçirir
ABŞ prezidentliyinə namizədlər diqqətlərini iqtisadiyyata yönəltmişlər
Bernard Kuşner Rusiyanın atəşkəs razılığının şərtlərinə tam əməl etmədiyini deyir
Azərbaycanda prezidentliyə namizədlərin proqramlarında İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı müddəa yoxdur 
Dörd məhbus müvəqqəti azadlığa buraxılıb
Kürd yaraqlıları Türkiyə ilə sərhədi keçməyə çalışıblar
Pakistanla İran qaz kəmərinin çəkilişinə dair razılığa gəlib
Ekspert dünya maliyyə böhranının Azərbaycan bazarına təsir etməyəcəyini bildirir  Audio Clip Available
Robert Geyts: “Rusiya Qafqazın təhlükəsizliyini pozub”
Türkiyə PKK -ya qarşı mübarizədə yeni təklifləri nəzərdən keçirir
Prezident Buş Slovakiya prezidenti ilə görüşüb
Asiya bazarlarında ticarət qarışıq göstəricilərlə həyata keçirilib
Ədəbiyyat sahəsində Nobel mükafatına fransız yazıçısı layiq görülüb
Islamabadın polis qərargahında intiharçı hücumu həyata keçirilib
Əl-Sədrin şiə fraksiyasının qanunvericisi qətlə yetirilib
Novruz Məmmədov: “Münaqişənin həllini yalnız sülh danışıqlarında görürük”
Rusiya İrana anti-hava mərmiləri satmayacağını deyir