Amerikanın səsi ▪ Azerbaijani
Ən Etibarlı Xəbər Mənbəyi

Mətn
Axtar

 
"İran Azərbaycanına pəncərə" proqramının həftəlik xəbərlər icmalı

17/03/2007
سياسی محبوسلارين وضعيتينه داير معلوماتلار audio clip
سياسی محبوسلارين وضعيتينه داير معلوماتلار audio clip

Mustafa Əvəzpura daha 2 il həbs cəzası kəsilib
ETTELAAT məmurları iki Culfa fəalını həbs edib
Abbas Lisanini qaçaqmalçılar saxlanan korpusa köçürüblər
Qalmaqallı İran pulu
Xoy: "Əvrin" dərnəyinin rəhbərləri azadlığa buraxıldı
ASMEK bəluc fəalların işgəncə altında olduğu bildirilir
Urmiyə: Azad olunan fəallar təhdid altındadır

Mustafa Əvəzpura daha 2 il həbs cəzası kəsilib

Bu həftə Təbriz şəhərində yaşayan fəal Mustafa Əvəzpura daha bir hökm kəsilib. Bu barədə Amerikanın səsi radiosuna Mustafa Əvəzpurun atası Sadıq Əvəzpur məlumat verib. Bundan öncə kəsilən 5 aylıq həbs cəzasına əlavə olaraq pantürkizmdə və rejim əleyhinə təbliğatda günahlandırılan Mustafa Əvəzpura daha 2 illik həbs cəzası kəsilib. Mustafa Əvəzpur və onun iki qardaşı 2006-cı ildə bir neçə dəfə,  aprel ayında, May hadisələrindən sonra, eləcə də Mehr ayının 1-də (23 sentyabr) dərs ilinin başlanması ilə əlaqədar etiraz vərəqələri yayma ittihamları ilə həbs olunublar.

ETTELAAT məmurları iki Culfa fəalını həbs edib

İranda azərbaycanlı hüquq müdafiəçilərindən aldığımız məlumata görə, Culfa şəhərində iki azəbaycanlı fəal Adil və İbrahim Şükri qardaşları həbs ediliblər. Həbsin Ettelaat Məmurları tərəfindən həyata keçirildiyi bildirilir.

Adil və İbrahim Şükrinin ailə üzvləri onların həbsi zamanı döyülərək yaralandıqlarını bildiriblər. Şükri ailəsi oğullarının harada saxlandığından xəbərsizdir. Onların sorğularına heç bir cavab verilmir.

Abbas Lisanini qaçaqmalçılar saxlanan korpusa köçürüblər

Ərdəbil həbsxanasında saxlanılan milli fəallar Abbas Lisaninin xanımı Ruqəyya Əlizadənin verdiyi məlumata görə, cənab Lisani və digər fəal Behruz Əlizadə həbsxananın 7-ci korpusuna köçürülüblər. Martın 15-də A.Lisani evə zəng edərək deyib ki, onu həbsxananın silah və narkotik qaçaqmalçıları saxlanan 7-ci korpusuna köçürmək istəyirlər, lakin o buna müqavimət göstərəcək. A.Lisani evə ikinci dəfə zəng etdikdə isə artıq həbsxananın 7-ci bəndinə köçürüldüyünü bildirib.

Qalmaqallı İran pulu

İranda dövriyyəyə buraxılmış yeni 5 min Tümənlik əskinasların qalmaqala
səbəıb olduğu bildirilir. İranda ən böyük pul vahidi olan bu əskinasın üzərində fars körfəzinin üzərində nüvə simvolu təsvir edilib. Qalmaqala səbəb olan isə əskinasın üzərində guya Məhəmməd peyğəmbərə aid olduğu iddia edilən bir hədisdir: Pulun üzərində elə belə də yazılıb: "Əgər elm və bilik Sürəyyada (göyün ən üst qatlarında) olsa da fars kişilərinin ona əli çatacaqdır".

Teoloqlar Məhəmməd peyğəmbərin belə bir hədisi söyləməsindən bixəbər olduqlarını bildirir. Təbrizdən aldığımız məlumata görə isə, bu şəhərin bazarında bir sıra dükançılar yeni əskinası qəbul etməkdən boyun qaçırırlar.

Xoy: "Əvrin" dərnəyinin rəhbərləri azadlığa buraxıldı

Martın 15-də Azərbaycan milli fəalları İbrahim Cəfərzadə və Şirzad Hacilu girov əvəzində Xoy həbsxanasından sərbəst buraxılıblar. «Evrin» dərnəyinin keçmiş sədri İbrahim Cəfərzadə fevralın 21-də Beynəlxalq Ana Dili Günündə həbs olunmuşdu. Maraqlıdır ki, elə həmin gün onun Abbas Lisani ilə bərabər daha bir məhkəmə prosesi keçirilməli idi. Evrin dərnəyinin hazırkı rəhbəri Şirzad Hacilunu isə martın 7-də ETTELAAT əməkdaşları həbs etmişdilər.

ASMEK  bəluc fəalların işgəncə altında olduğu bildirilir

İsveçdə fəaliyyət göstərən Radio Bəlucinin yaydığı xəbərə əsasən yeddi bəluc fəal Huşəng Şəhnəvazi, Məsud Nüsrətzehi, Cavad Narui, Əlireza Bərahui, Səid Qəmbərzehi, Yəhya Söhrabzehi, Əbdülbeyk Kəhrazehi Bəlucistanda fəaliyyət göstərən Müqaviməte Mərdume İran - İran xalq müqavimət hərəkatının üzvləri ilə əlaqələrinin olduqlarına görə həbs olunublar. Həbslərindən bir neçə gün sonra İranın rəsmi televiziyası sözügedən məhbusların hərbi Cundullah qruplaşmasının üzvü olduğunu etiraf etdikləri barədə xəbər yayılıb.

Hələlik bu məhbuslara hökm kəsilməsə də, hüquq müdafiəçiləri bu ittihamlarla həbs olunan bəluc fəalların edama məhkum edildiyini bildirir. Bəlucların yaşadığı bölgələrdə iqtisadi vəziyyətin olduqca ağır olduğu və burada narkotik qaçaqmalçılığın əhalinin əsas gəlir mənbəyi olduğu bildirilir.

Azərbaycanlı siyasi məhbusları müdafiə komitəsinin (ASMEK) sözçüsü Əlirza Quluncu həbsdə olan bəluc fəalların o cümlədən bu yeddi məhbusun işgəncəyə məruz qaldığına dair xəbərləruin olduğunu bildirir. Əlirza Quluncunun sözlərinə görə, əsasən hənəıfi məzhəbinə aid olan bəluclar həm dini həm milli zəmində təzyiqlərə məruz qalır.
Əlirza Quluncunun sözlərinə görə, bir sıra azərbaycanlı hüquq müdafiə təşkilatları bəluclara qarşı təqiblər və qeyri qanuni həbslər barədə məlumatların öptürülməsi istiqamətində bəluc fəallarla əməkdaşlıq edirlər.

Urmiyə: Azad olunan fəallar təhdid altındadır

ASMEK sözçüsü Əlirza Quluncu Amerikanın səsinə Urmiyədə siyasi məhbuslara dair vəziyyətlə bağlı son məlumatları da çatdırdı.  Onun sözlərinə görə, 21 Fevral Beynəlxalq ana dili günü  nümayişləri ilə bağlı həbs olunan fəalların böyük bir qismi 20 milyondan 50 milyona qədər girovlar müqabilində azadlığa buraxılıb.Həbs olunanlardan üçünün Əlirza Qomi, Əhməd Qüreyşi və Əbülfəz Əlilunun daha ciddi işgəncələrə məruz qaldığını bildirən Əlirza Quluncu Urmu yolu nəşriyyatının müdiri Atabəy Teymurinin hələ də məhbəsdə saxlandığını qeyd edib. ASMEK sözçüsü azadlığa çıxan fəalların mətbuatla təmasda olmamaları üçün onlara təhdid edildiyini bildirib.

Daha geniş məlumat üçün həftəlik xəbərlər icmalını audio-formatda dinləyin.

 

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Məlumatı çap etmək

  Baş xəbərlər
İran nüvə obyektlərinə qarşı hücumlardan müdafiə məqsədi ilə hava manevrlərinə hazırlaşır

  Başqa xəbərlər
İraq parlamentinin sessiyası heç bir razılıq əldə edilmədən başa çatıb
Barak Obama: Asiya ilə ticarət Amerika iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir
Kabildə raket hücumu nəticəsində iki nəfər yaralanıb
Nidal Həsənin bu gün ilk məhkəmə dinləməsi keçirilir
Dalay Lama Barak Obamaya təşəkkürünü bildirib
Peşəvər şəhərində qaz sızması partlayışa səbəb olub
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər
Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik  Audio Clip Available
Azərbaycan qaz satışı ilə bağlı Asiya bazarlarını öyrənir
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
İranda həbsdə olan Azərbaycan aliminin taleyi məlum deyil  Audio Clip Available
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Uşaq Haqları Konvensiyasının 20 yaşı tamam olur
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir
İran prezidenti Təbrizdə azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı
Britaniyada intensiv yağışlar güclü daşqınlara səbəb olub
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
Dəyirmi Masa: Azərbaycanda internet və blogerlər
Əli Rıza Fərşi ilə müsahibə (audio)  Audio Clip Available
Harayın qonağı Cəmil Həsənli: İranda insanlara dil haqqı verilməməsindən narahatıq
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available