Amerikanın səsi ▪ Azerbaijani
Ən Etibarlı Xəbər Mənbəyi

Mətn
Axtar

 
Ötən təqvim ilində İran Azərbaycanında siyasi məhbuslarla bağlı vəziyyət pisləşib

24/03/2007
"İran Azərbaycanına pəncərə" proqramının xəbərlər icmalı - yükləmək üçün audio clip
"İran Azərbaycanına pəncərə" proqramının xəbərlər icmalı audio clip

 Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMEK) İranda günəş təqvimi ilə başa çatan ildə insan hüquqlarının pozulmasına dair bəyanat verib.

ASMEK bəyanatında il boyu ana dilində təhsil və digər mədəni hüquqları uğrunda mübarizə aparanların həbs olunduğunu qeyd etməklə yanaşı, 21 Fevral – 2 İsfənd dünya Ana dili günündə həbs olunanların böyük qisminin azadlığa buraxıldığını bildirib.

Günəş təqvimi ilə 1386-cı ilin birinci günündə, martın 21-də yayılan bəyanatda İran Azərbaycanının şəhərlərində olan təzyiq və basqıların insan hüquqlarının vəziyyətinə dair mükəmməl hesabatların hazırlanmasına imkan vermədiyi də bildirilir.

ASMEK Urmiyə, Zəncan, Ərdəbil ve Culfada həbsdə qalan azərbaycanlı fəalların siyahısını da açıqlayıb. Urmiyədə Elyaz Yekanlı ve Hadi Sərxoş, Culfada Adil ve İbrahim Şükri, Ərdəbildə Geştac Vasiqi, Mahmud Aslani, Abbas Lisani və Behruz Əlizadə, Zəncanda isə ASMEK qurucularından olan Riza Abbasi hələ də həbsdədirlər.

Komitə ötən il ərzində İran Azərbaycanında ən fəal qeyri hökumət təşkilatlarından olan Zəncan Universitetinin İslami cəmiyyətinin qadağan olunduğunu da bildirilib. Rəsmilər qərarın səbəblərindən biri kimi təşkilatın 21 Fevral Dünya ana dili günündə Zencandakı mitinqlərin təşkilatçılığında iştirakını əsas gətirib.

Ərdəbildə isə azərbaycanca təqvimlər satışdan yığışdırılıb. Bu təqvimlərin Mədəniyyət (İrşad) idarəsinin izni ilə nəşr edilməsinə baxmayaraq, kitab satışı mərkəzlərinin sahibləri Niruye Entezami (İran polisi) tərəfindən çağırılıb və onlardan bu təqvimləri satmamaları barədə iltizam alınıb. Marağada bütün çap mərkəzlərinə yas mərasimləri ilə bağlı elanların azərbaycanca çap olunmaması barədə xəbərdarlıq edilib.

ASMEK Xiyavlı (Meşkinşəhr) İbrahim Rəşidinin de Tehran inqilab məhkəməsinə çağırıldığını bildirib. Urmiyə universitetininin tələbəsi İbrahim Rəşidi keçmişdə ən azı 3 dəfə həbs edilib. 30 milyon Tümən vəsiqə ilə zaminə buraxılan Rəşidiyə göndərilən məhkəmə vərəqəsinin eynisi onu zəmanət edən qardaşına da göndərilib.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Məlumatı çap etmək

  Baş xəbərlər
Dəyirmi Masa: Bloggerlərin məhkum edilməsi

  Başqa xəbərlər
ABŞ prezidenti Asiyaya ilk rəsmi səfərə çıxır
Rusiya Ukraynaya xəbərdarlıq verib
Hillari Klinton:`Prezident Obamanın Birmanın yüksək səviyyəli rəsmiləri ilə görüşəcəyi istisna edilmir`
ABŞ-da təhsil alan xarici tələbələr təcrübələrini bölüşür
ABŞ hökuməti qeyri-qanuni mühacirləri saxlamaq yollarını islah etməyə çalışır
Prezident Obama Əfqanıstanda müharibə strategiyasına dəyişikliklər edilməsini istəyir
Corc Buş onun adını daşıyan siyasət institutunun açılışında iştirak edir
Almaniyanın müdafiə naziri Əfqanıstana səfər edir
Neşvil şəhərində kantri musiqisi mükafatlarının təqdimatı mərasimi olub
Rusiya prezidenti ölkə iqtisadiyyatının müasirləşdirilməsi və genişləndirilməsi vaxtının çatdığını deyib
Azərbaycan məhkəməsi blogerlərə həbs qərarı çıxardı  Audio Clip Available
Elmar Məmmədyarov: İşğal edilmiş torpaqlardan qoşunların çıxarılması əsas məsələdir  Audio Clip Available
İKT Azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasını dəstəkləyir
ABŞ-da Veteranlar günü qeyd edilir
ABŞ Dövlət Departamenti bloggerlərin məhkum olunmasını tənqid edir
Bakıda sivilizasiyalararası dialoq konfransı keçirilir
Hillari Klinton APEK sammitində Şimali Koreya və Birmada vəziyyəti müzakirə edib
Amerika məktəblərində əl yazısından istifadə
Gürcüstan Rusiyanı Qara dənizdə balıqçıları saxlamaqda ittiham edib
İranda kürd fəal edam edilib
İsrail açıqladığı sənədlər və foto-şəkillərin silah yükünün İrandan gəldiyini sübut etdiyini bildirir
Əfqanıstanda itkin düşmüş ABŞ əsgərinin cəsədi tapılıb
Con Allen Məhəmmədin ölüm hökmü icra edildi
Pakistanın Əfqanıstanla sərhəddində insidentlər davam edir
Yəmən və Birləşmiş Ştatlar arasında hərbi əməkdaşlığa dair razılıq imzalanıb
70 milyon iranlıya bir milyon donuz qripi vaksini
Çində prezident Obamanın səfərinə hazırlıqlar gedir
Hollivudda Gürcüstan-Rusiya müharibəsinə həsr edilmiş yeni film çəkilir
Harayın qonağı Hidayət Sultanzadə: İranı ideologiya deyil, demokratiya xilas edəcək  Audio Clip Available