Adi görünüş

VOANews.com
News in 44 languages


 
Ötən təqvim ilində İran Azərbaycanında siyasi məhbuslarla bağlı vəziyyət pisləşib

24/03/2007
"İran Azərbaycanına pəncərə" proqramının xəbərlər icmalı - yükləmək üçün
"İran Azərbaycanına pəncərə" proqramının xəbərlər icmalı

 Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMEK) İranda günəş təqvimi ilə başa çatan ildə insan hüquqlarının pozulmasına dair bəyanat verib.

ASMEK bəyanatında il boyu ana dilində təhsil və digər mədəni hüquqları uğrunda mübarizə aparanların həbs olunduğunu qeyd etməklə yanaşı, 21 Fevral – 2 İsfənd dünya Ana dili günündə həbs olunanların böyük qisminin azadlığa buraxıldığını bildirib.

Günəş təqvimi ilə 1386-cı ilin birinci günündə, martın 21-də yayılan bəyanatda İran Azərbaycanının şəhərlərində olan təzyiq və basqıların insan hüquqlarının vəziyyətinə dair mükəmməl hesabatların hazırlanmasına imkan vermədiyi də bildirilir.

ASMEK Urmiyə, Zəncan, Ərdəbil ve Culfada həbsdə qalan azərbaycanlı fəalların siyahısını da açıqlayıb. Urmiyədə Elyaz Yekanlı ve Hadi Sərxoş, Culfada Adil ve İbrahim Şükri, Ərdəbildə Geştac Vasiqi, Mahmud Aslani, Abbas Lisani və Behruz Əlizadə, Zəncanda isə ASMEK qurucularından olan Riza Abbasi hələ də həbsdədirlər.

Komitə ötən il ərzində İran Azərbaycanında ən fəal qeyri hökumət təşkilatlarından olan Zəncan Universitetinin İslami cəmiyyətinin qadağan olunduğunu da bildirilib. Rəsmilər qərarın səbəblərindən biri kimi təşkilatın 21 Fevral Dünya ana dili günündə Zencandakı mitinqlərin təşkilatçılığında iştirakını əsas gətirib.

Ərdəbildə isə azərbaycanca təqvimlər satışdan yığışdırılıb. Bu təqvimlərin Mədəniyyət (İrşad) idarəsinin izni ilə nəşr edilməsinə baxmayaraq, kitab satışı mərkəzlərinin sahibləri Niruye Entezami (İran polisi) tərəfindən çağırılıb və onlardan bu təqvimləri satmamaları barədə iltizam alınıb. Marağada bütün çap mərkəzlərinə yas mərasimləri ilə bağlı elanların azərbaycanca çap olunmaması barədə xəbərdarlıq edilib.

ASMEK Xiyavlı (Meşkinşəhr) İbrahim Rəşidinin de Tehran inqilab məhkəməsinə çağırıldığını bildirib. Urmiyə universitetininin tələbəsi İbrahim Rəşidi keçmişdə ən azı 3 dəfə həbs edilib. 30 milyon Tümən vəsiqə ilə zaminə buraxılan Rəşidiyə göndərilən məhkəmə vərəqəsinin eynisi onu zəmanət edən qardaşına da göndərilib.

Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available