Amerikanın səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Axtar

 
Təbrizdə qarşıdurma davam edir

23/05/2007
ايران آذربايجانيندا حبس لر داوام ائدير audio clip
. ايران آذربايجانيندا حبس لر داوام ائدير audio clip

İnsan hüquq müdafiəçiləri 22 May İran Azərbaycanında keçən mitinqlərlə bağlı həbs olunanların və yaralananların sayını və adını dəqiqləşdirməkdə davam etdiyi bir zaman bu gün Təbriz bazarında həbslərin davam etdiyi və polislə yüzə yaxın gənc fəal arasında qarşıdurmanın olduğu bildirilir. Təbrizdən son xəbərləri milli hüquqlar uğrunda mübarizə fəalı Barış Türkoğludan almışıq. Onun sözlərinə görə, bu gün Təbriz bazarında yüzə yaxın gənc fəalla kütləvi həbslər məqsədilə reyd keçirən polis arasında toqquşma olub.

Barış Türkoğlu dünən minlərlə azərbaycanlı fəalın qatıldığı aksiyada yaralananların da "səyyar zindan" adı altında tanınan polis maşınına atıldığını və həbs olunanların hamısının Təbrizin mərkəzi zindanına aparıldığını deyiblər.

Mayın 22-də Təbriz telekanalının xəbərlərində məhbuslara qarşı heç bir işgəncə tətbiq olunmadığı bildirilib. Lakin fəallara ailə üzvləri və vəkilləri ilə görüş imkanı verilmir və Barış Türkoğlunun sözlərinə görə, məhbəsdəki mənbələr şiddətli işgəncələr barədə xəbər verir. Təbriz tələbələrindən də həbs olunan var. Tələbələr arasında həbslərə etiraz olaraq, yeni mitinqlərə çağırış vərəqələri paylanır.

İran Azərbaycanında 2006-cı ilin may hərəkatının ildönümü ilə bağlı aksiyalar yüzlərlə insanın həbsinə səbəb olub. Hətta geniş mitinqlərin baş tutmadığı şəhərlərdə də onlarla həbs barədə məlumat var. Urmiyədə etirazların mayın 23-də də davam edəcəyi barədə şayiələr nəzarətin artırılması ilə nəticələnib. Fəalların iş yeri və evlərinin nəzarət altında olduğu, kütləvi həbslərin keçirildiyi bildirilir.  Mayın 22-də Urmiyə universitetinin tələbəsi və Ustad Şəhriyar tələbə ocağının rəhbəri Əkbər Paşayi həbs olunub. Paşayini universitetin təhlükəsizlik məmurları özləri tutaraq Ettelaat idarəsinə təslim ediblər.

ASMEK Urmiyədə bu günə qədər həbsə alınanlarin sayının 80-den artıq olduğunu bildirir.

Zəncanda Telnaz Neməti adlı qadın fəal mayın 22-də həbs edilib,  bu gün azadlığa buraxılıb.  

Qum şəhərinfə  din xadimləri -  höccətülislam Əbdüləzim Əzimiqədim və Höccətülislam Seyid Heydər Bəyat da daxil olmaqla 6 nəfər şəriət məhkəməsinə çağırılıb. Höccətülislam Seyid Heydər Bəyat  məhkəmədə qazi tərəfindən təhdidlərə tuş gəldiklərini deyib. Onlardan insanları mitinq keçirməməyə təşviq etmək tələb olunub.

Bu gün Beynəlxalq Amnistiya təşkilatı açıqladığı illik hesabatda azərbaycanlıların İranda basqılara məruz qaldığını qeyd edib. Beynbəlxalq Amnistiyanın Londondakı sözçüsü Drueri Dayk bu günlərdə baş verən həbslərin qurum tərəfindən diqqətlə izləndiyini deyib.

Cənab Daykın sözlərinə görə, son vaxtlarla yüzlərlə həbslərin və məhbusların işgəncələrə məruz qaldığı barədə məlumatlar gəlməkdədir. “Biz İranda qorxu siyasətinə son qoyulmasının vacibliyini görürük” deyə cənab Dayk deyib. Beynəlxalq Amnistiyanın sözçüsü son həbslərlə bağlı qurumun təcili tədbir kampaniyaları başlayacağını və bəyanatlar verəcəyini deyib.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
İlham Əliyev Ermənistana xəbərdarlıq etdi

  Başqa xəbərlər
İranda islahatçı məhkum edildikdən sonra zaminə buraxıldı
İran hərbi təlimlərə başlayıb
İraq parlamentinin sessiyası heç bir razılıq əldə edilmədən başa çatıb
Barak Obama: Asiya ilə ticarət Amerika iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir
Kabildə raket hücumu nəticəsində iki nəfər yaralanıb
Nidal Həsənin bu gün ilk məhkəmə dinləməsi keçirilir
Dalay Lama Barak Obamaya təşəkkürünü bildirib
Peşəvər şəhərində qaz sızması partlayışa səbəb olub
İran nüvə obyektlərinə qarşı hücumlardan müdafiə məqsədi ilə hava manevrlərinə hazırlaşır
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər
Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik  Audio Clip Available
Azərbaycan qaz satışı ilə bağlı Asiya bazarlarını öyrənir
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
İranda həbsdə olan Azərbaycan aliminin taleyi məlum deyil  Audio Clip Available
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Uşaq Haqları Konvensiyasının 20 yaşı tamam olur
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir
İran prezidenti Təbrizdə azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı
Britaniyada intensiv yağışlar güclü daşqınlara səbəb olub
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
Dəyirmi Masa: Azərbaycanda internet və blogerlər
Əli Rıza Fərşi ilə müsahibə (audio)  Audio Clip Available
Harayın qonağı Cəmil Həsənli: İranda insanlara dil haqqı verilməməsindən narahatıq
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available