Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Iranlı din xadimi beş min tümənlik əskinasların irqçi siyasəti əks etdirdiyini deyir

04/08/2007
Höccətülislam Əbdüləzim Əzimiqədim yeni pulların üzərindəki hədisin Məhəmməd peyğəmbərə aid olduğuna şübhə edir - yükləmək üçün audio clip
 - Höccətülislam Əbdüləzim Əzimiqədim yeni pulların üzərindəki hədisin Məhəmməd peyğəmbərə aid olduğuna şübhə edir audio clip

Yeni pullar teoloji mübahisəyə səbəb olub
Bir neçə ay bundan öncə İran hökumətinin dövriyəyə buraxdığı 5 min tümənlik əskinaslarla bağlı mübahisələr səngimək bilmir. İran rejiminin nüvə ambisiyalarını tərənnüm etdirən pullar həm də teoloji mübahisəyə səbəb olub. 

 İran Azərbaycanının bir çox şəhərlərində fəallardan alınan məlumatlara görə, yeni beş min tümənlik əskinasların bazarda dövriyyəsini təmin etmək mümkün olmayıb.

Azərbaycanlı tacirlər yeni əskinasların üzərində yazılmış, Məhəmməd peyğəmbərə aid edilən hədisdən narazılıqlarını bu pul vahidini qəbul etməməklə ifadə edirlər.

Əskinasların üzərində yazılmış “Elm Sürəyya ulduzunda olsa da fars kişilərinin əli ona çatacaq” sözləri azərbaycanlı əhalinin heysiyyətinə toxunub. Xatırladaq ki, əskinaslar dövriyyəyə buraxılanda bir sıra Türkiyəli və Azərbaycanlı teoloqlar Məhəmməd peyğəmbərin belə bir hədisə imza atmadığını demişdilər. İranlı din xadimləri isə məsələ ilə bağlı indiyə kimi susqunluq nümayiş etdirirdi.

İranın Qum şəhərində yaşayan höccətülislam Əbdüləzim Əzimiqədim də
Əbdüləzim Əzimiqədim
Əbdüləzim Əzimiqədim
hədisin doğruluğuna şübhə ilə yanaşır.

Amerikanın səsinə müsahibəsində höccətülislam əskinasın üzərində əks olunan kəlamın İranın elmi potensialı barədə yanlış təsəvvür yaratdığını deyir.

Əbdüləzim Əzimiqədimin sözlərinə görə, əskinasın üzərində verilən kəlam İran rejiminin irqçi siyasətinin sübutudur.

 Azərbaycan siyasi məhbuisları müdafiə komitəsi Təbriz, Sulduz və Nəqədeh kimi şəhərlərdə pulu qəbul etməkdən imtinaya görə adamların ettelaat idarəsinə çağırıldığı və təhdidlərlə üzləşdiyini xəbər verir.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Angela Merkel: Almaniya ABŞ-ın dəstəyini heç vaxt unutmayacaq

  Başqa xəbərlər
Harayın qonağı Əli Qaracalı: İranda 60 ildir ki vəziyyət dəyişməyib
Vladimir Putin Avropa İttifaqını Ukraynaya qaz ödənişlərilə bağlı kredit verməyə çağırıb
Hillari Klinton:Fikirlər ehtiyatla söylənməlidir
Ayətulla Əli Xameneyi:Vaşinqtonun süni barışıq çağırışları Tehranı aldada bilməyəcək
Əfqanıstana yenidən prezident seçilən Həmid Karzay korrupsiyaya son qoyacağına söz verib
Cundulla qrupunun üzvü edam edildi
Çexiya prezidenti Avropa İttiqafının islahatlar sazişinə imza atıb
ABŞ-ın bəzi ştatlarında bu gün seçkilər keçirilir
Şimali Koreya bəzi yeni materiallar istehsal edib
ABŞ Mətbuatı: İran müxalifəti növbəti aksiyalara hazırlaşır
Dinləyici məktubları və şərhləri
Ağ Ev Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanın ABŞ-a qarşıdan gələn səfəri ilə bağlı bəyanat açıqlayıb
Harayın qonağı Sayman Həsənzadə: İranda etniklərin durumu ağırdır