Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Gənclik mübadilə proqramları tələbələrin dünyaya baxışını dəyişir

10/08/2007

Gənclik mübadilə proqramları tələbələrə ölkələrindən kənarda fərqli mədəniyyətləri və insanları öyrənmək və daha yaxşı anlamaq imkanı verir.

 Yaxın Şərq, Afrika və Asiyadan yüzlərlə mübadilə proqramı iştirakçısı Birləşmiş Ştatlarda bir illik təcrübə müddətini başa vurublar. Təqribən 30 ölkədən olan tələbələr Birləşmiş Ştatlarda son günlərini Vaşinqtonda keçirdilər.

Onlar Birləşmiş Ştatlara qısa adı YES olan Gənclik Mübadilə və Təhsil proqramında iştirak ediblər. Leyla Kabalan Livandandır: “Mən burada çox şey öyrəndim. Amerikalılar bir şey istəyəndə, bunu qeyri-mümkün saymırlar. Onlar sadəcə bunu edirlər, onlar senatorların, konqresmenlərin qəbuluna gedir və onlarla danışırlar. Mənim öyrəndiyim budur ki, vətəndaş olaraq biz oturub susmamalı, şikayət etməliyik. Bu, mənim burada öyrəndiyim ən vacib məsələdir.”

Leyla əhalisinin əsas hissəsi müsəlmanlar olan ölkələrdən gələn 300 tələbədən biridir. Tələbələr Birləşmiş Ştatların hər tərəfində ailələrdə qonaq qalıb, məktəbə gedib və müxtəlif icma tədbirlərində iştirak ediblər.

Leyla Merilend ştatının Qrinbelt şəhərində yaşayıb: "İngilis dili dərsində mən Livanın harda olduğunu kim bilir deyə soruşanda məlum oldu ki, cəmi bircə nəfər ölkənin harada yerləşdiyini bilir. Sinifin dörddə biri isə Livan adlı ölkənin mövcud olduğundan xəbərdar belə deyildi. İndi məmnunam ki, mənə görə bəzi adamlar mənim ölkəm barədə xəbərdardır". 

Pakistanlı Valid Nasir deyir ki, onun ölkəsində yaradılan neqativ imicdən çox uzaq olan əsl Amerika ilə tanışlıq onun üçün gözəl imkan idi. O, öz ölkəsinin də yaxşı və liberal cəmiyyət olaraq amerikalılara tanıtmaqdan məmnunluq duyur. Bir illik təcrübəni İllinois ştatının Kristal Leyk şəhərində keçirən Valid deyir ki, onu qonaq edən icmada Pakistan haqqında yaxşı təəssürat yarada bilib. Validin fikrincə, insanların əvvəllər Pakistan haqqında düşündükləri indi düşündüklərindən xeyli fərqlənir.

YES proqramı ABŞ Dövlət Departamentinin sponsorluğu ilə özəl mübadilə şirkətləri tərəfindən idarə olunur. Birləşmiş Ştatlarda 2001-ci il terror aktlarından sonra yaradılan proqramda əksəriyyəti müsəlman olan 2000 tələbə iştirak edib. Meri Kərəm YES proqramının administratorudur: "Dəyişikliklər həm fərdi, həm də lokal xarakter daşıyır. Və bu proqram həmin dəyişikliklər üçün imkanlardan biridir. Adamlar birbaşa ünsiyyətdə ola, bir biri haqqında, başqalarının mədəniyyəti və fərqliliyi barədə öyrənə bilərlər".

Proqramı başa vuran tələbələrin çoxu eyni baxışları bölüşür. Onlar indi dünyanı yaşamaq üçün daha yararlı bir məkana çevirmək məsuliyyətini hiss edir, müxtəlif dinlərin və mədəniyyətlərin yaxınlaşması üçün təşviqat aparmaq lazım gəldiyinə inanırlar.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Azərbaycan və Ermənistan prezidentləri Münxendə görüşdü

  Başqa xəbərlər
ABŞ Senatı səhiyyə islahatları üzərində debata başlamağa səs verdi
İraq parlamenti seçki qanunu üzərində razılığa gələ bilməyib
İranda islahatçı məhkum edildikdən sonra zaminə buraxıldı
İran hərbi təlimlərə başlayıb
İsrail lideri Misirdə prezident Hüsni Mübarəklə görüşüb
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available