Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Azərbaycanda ABŞ-ın «Sülh Korpusu»nun könüllüləri 120 nəfər olacaq

08/11/2007
آذربایجان‌دا آمریکانین "صلح کؤرپوسو"نون کؤنوللولری audio clip
 - آذربایجان‌دا آمریکانین "صلح کؤرپوسو"نون کؤنوللولری audio clip

   2008-ci ildə Azərbaycanda ABŞ "Sülh Korpusu"nun könüllülərinin sayı 120 nəfərə çatdırılacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşümdə razılığa gəldik. Bu sözləri "Sülh Korpusu"nun prezidenti Ronald Tschetter «Amerikanın səsi» radiosunun sualının cavabında bildirib.     Onun sözlərinə görə, hazırda Azərbaycanın 27 rayonunda 85 könüllü fəaliyyət göstərir. Direktor həmçinin Azərbaycan prezidenti ilə görüşündə "Sülh korpusu"nun sağlam həyat tərzi, kənd təsərrüfatı və ekologiya sahəsində dünyadakı fəaliyyəti haqqında məlumat verib. "Sülh Korpusu"nun könüllüləri hazırda Azərbaycanda ingilis dili tədrisi, icmaların iqtisadi inkişafı və gənclərin inkişafı sahəsi üzrə işləyir".      Ronald Tschetter səfəri çərçivəsində Siyəzən, Xaçmaz və Şamaxı raoynlarında könüllülərin işləri ilə tanış olub. "Yerli əhali könüllüləri çox yaxşı qarşılayır. Biz 2003-cü ildən Azərbaycanda işləyirik və indiyədək yerli icmalarla münasibətdə hər hansı mənfi meyl qeydə alınmayıb".      Könüllülər Azərbaycanda 27 ay müddətində yerlərdə əhali ilə eyni səviyyədə yaşayır. İcmalarla birgə olur, işlədikləri şəhər və kəndlərdə ailələrdə qalır. Maraqlı cəhətlərdən biri də könüllülərin Azərbaycan dilinə olan maraqlarının böyük olmasıdır. Onlar tez bir zamanda  azərbaycanca danışır.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir

  Başqa xəbərlər
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir