Adi görünüş

VOANews.com
News in 44 languages


 
Türkmənistan-Azərbaycan-Avropa Birliyi əməkdaşlığı genişlənir

04/02/2008
Tapdıq Fərhadoğlunun “Avropa Birliyinin enerji və demokratiya cəhdləri” reportajı - Yükləmək (MP3)
Tapdıq Fərhadoğlunun “Avropa Birliyinin enerji və demokratiya cəhdləri” reportajı -  - (MP3)

  Bu gün Bakıda Avropa Birliyinin səfirliyi açılıb. Açılışda Avropa Birliyinin “üçlüyü” – qurumun  komissarı Benito Ferrero Valdner, birliyin sədri, Sloveniyanın xarici işlər naziri Dmitri Rupel, Fransa xarici işlər nazirliyinin nümayəndəsi Jak For  iştirak edib. Üçlük Azərbaycan xarici işlər naziri ilə müzakirələrdən sonra mətbuat konfransı keçirib.      Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki,  müzakirələrdə Ermənistan-Azərbaycan münaqişəsi, Orta Asiya enerji daşıyıcılarıının Avropaya çatdırılması diqqət mərkəzində olub. O Azərbaycanın Avropa qonşuluq siyasəti çərçivəsində Avropa Birliyi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib.         Avropa Birliyinin sədri Dimitri Rupel danışıqların nəticələrini faydalı adlandırıb. O Birliyin Azərbaycanla münasibətləri müsbət qiymətləndirdiyini deyib. “Danışıqlarda müxtəlif məsələləri, yeni layihələri müzakirə etdik. Bunlar Avropa qonşuluq siyasəti çərçivəsində həyata keçiriləcək. Avropa Birliyi Ermənistan-Azərbaycan münaqişəsinin həllində, regionda stabilliyin yaranmasında maraqlıdır. Tərəflərin təkliflərini diqqətlə nəzərdən keçiririk və müsbət qiymətləndiririk. Həbs olunan jurnalistlərin azad edilməsini yüksək də qiymətləndiririk və siyasi inkişafa ümid edirik.  Hesab edirik ki, Azərbaycan demokratik islahatları davam etdirəcək. Bu Azərbaycan-AB əməkdaşlığında mühüm yer tutur”.     Cənab Rupel müzakirələrdə ən mühüm yerlərdən birini də enerji təhlükəsizliyi məsələsinin tutduğunu deyib. “Biz bu sahədə təkcə AB-Azərbaycan əməkdaşlığını deyil, Türkmənistan-Azərbaycan-AB əməkdaşlığını genişləndirmək istəyirik.  Neft və qaz kəmərlərinin müxtəlifliyinə çalışırıq. Üzv ölkələr bunun üçün Rusiya və digər ölkələrlə danışıqlar aparır. Bu baxımdan Transxəzər və NABUCCO layihələri AB-i üçün əhəmiyyətlidir. Artıq Qazaxıstanla və Azərbaycanla əməkdaşlıq memorandumumuz var. Türkmənistanla da olacaq. Əmin olmaq istəyirik ki, məsələ bir yerdə dayanmayacaq».    Xanım Benito Ferrero Valdner Avropa Birliyinin Azərbaycanda demokratiya sahəsində inkişaf  gözlədiyini deyib. “Demokratikləşmə sahəsində Azərbaycanın region üçün yeni model olmasını istəyirik.  Azərbaycanda iqtisadi sahədə bir sıra islahatlar həyata keçirilib. Ancaq biznes mühitinin yaxşılaşdırılmasını və daha geniş inkişafı gözləyirik. Qonşuluq siyasətində enerji məsələsi çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın iqtisadiyyatında neft və qaz gəlirləri mühüm yer tutur. İstəyirik ki, neft gəlirləri şəffaf və balanslaşdırılmış şəkildə istifadə olunsun. Azərbaycan neft istehsalçısı və tranzit ölkə kimi AB-i ücün cox vacibdir”.       AB-nin komissarı Ermənistan-Azərbaycan münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasını dəstəklədiyin bildirib. “AB münaqişənin sülh yolu ilə nizamlanması üçün əlindən gələni edəcək. Ermənistan və Azərbaycan başa düşməlidir ki, münaqişənin həlli bu ölkələrdə, o cümlədən regionda ciddi inkişafa təkan verəcək”-deyə o qeyd edib.
Baş xəbərlər
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür

Başqa xəbərlər
İran qoşunları hərbi təlimlər keçir
Turkiyə Mosulda öldürülən türkmən siyasətçisinin qətlini qınayıb
Rumıniyada ikinci raund prezident seçkiləri keçirilə bilər
Filippinin cənub bölgəsinin qubernatorunun onlarla insanın qətlində əli olduğu deyilir
İraq parlamenti seçki qanunlarının təsdiqi səylərini davam etdirir
ABŞ Senatı səhiyyə islahatları üzərində debata başlamağa səs verdi
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
İranda islahatçı məhkum edildikdən sonra zaminə buraxıldı
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available