Adi görünüş

VOANews.com
News in 44 languages


 
Senator Sem Braunbek: “Azərbaycanın çətin qonşuları var; şimaldan  Rusiya, cənubdan İran”

20/02/2008
Tapdıq Fərhadoğlunun “ABŞ Azərbaycanın əhəmiyyətini vacib sayır” reportajı - Yükləmək (MP3)
Tapdıq Fərhadoğlunun “ABŞ Azərbaycanın əhəmiyyətini vacib sayır” reportajı -  - (MP3)

ABŞ senatoru Sem Braunbek Azərbaycanda səfərdədir. O bu gün prezident İlham Əliyevlə görüşüb. Azərbaycan prezidenti ABŞ-la  münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. “İki ölkə arasında energetika sahəsində 1990-cı illərin ortalarından başlanmış səmərəli əməkdaşlıq hazırda da müvəffəqiyyətlə davam edir”.      Görüşdə həmçinin iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda münasibətlərin gələcək inkişafı məsələləri müzakirə edilib.    Cənab Braunbek Xarici İşlər nazirliyinin Diplomatiya Akademiyasının dinləyiciləri qarşısında çıxış edib. O bildirib ki, Azərbaycan regionda energetika və nəqliyyat layihələrində əhəmiyyətli rol oynayan mühüm ölkədir. “ Lakin Azərbaycanın çətin qonşuları var: şimaldan  Rusiya, cənubdan isə İran. Buna görə, Azərbaycanın müstəqil və açıq dövlət olaraq qalması çox vacibdir”.    Senatorun sözlərinə görə,  ABŞ Rusiyanın neft və qaz sahəsini inhisara almaq cəhdləri qarşısında alternativ neft-qaz mənbəyi olan Azərbaycanın əhəmiyyətini anlayır. “ABŞ Azərbaycanın bu rolunu və əhəmiyyətini yaxşı anlayır və bu ölkənin hakimiyyəti ilə iqtisadi və siyasi xarakterli bir çox məsələlər üzrə əməkdaşlıq etməyə çalışır. Bakı və Vaşinqtonun gələcəkdə iqtisadiyyat və siyasət sahəsində strateji məsələlər üzrə yaxınlaşması və əməkdaşlığı zəruridir. Əməkdaşlıq yalnız hökumətlər arasında deyil, həm də iki ölkə parlamentləri arasında olmalıdır”.     ABŞ-ın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda yerləşdirilmiş PKK terrorçularına qarşı mübarizəsini dəstəkləyəcəkmi?- sualın cavabda senator bildirib ki, Vaşinqton münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, amma hələlik bu baş vermir. "Biz PKK-nı terrorçu təşkilat kimi tanıyırıq. Bizim edə biləcəyimiz tək şey bu qrupların maliyyələşdirilməsi cəhdlərinin qarşısını almaqdır, hərbi əməliyyatlar həyata keçirmək yox. Belə əməliyyatlar indi İraqda və Əfqanıstanda aparılır. Bununla belə, Vaşinqton Qarabağda sülh yolu ilə nizamlanmanın tərəfdarıdır".      O bu gün Amerika-Azərbaycan əməkdaşlığı üçün vacib məqam olduğunu da önə çəkib.  "Çünki sizin ən yaxın qonşunuz İran bütün dünyada terrorçuluğun baş maliyyəçisidir. Mən prezident Əliyevi Vaşinqtona gəlməyə, energetika, regional təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə məsələlərini müzakirə etməyə çağıracam" - deyə senator bildirib.
Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available