Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Gürcüstan: Rusiya təcavüzkar siyasətə son qoymalıdır

23/04/2008

Dato-Bakradze
Cons Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutu "Rusiyanın Gürcüstanda Siyasəti" mövzusunda diskussiya keçirib.  Diskussiya iştirakçıları sırasında Gürcüstanın xarici işlər naziri David Bakradze və ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Brayza olub. 

Tədbiri giriş sözü ilə açan institutun rəhbəri Svante Kornell Rusiyanın ötən həftələrdə Gürcüstanla bağlı siyasətindəki dəyişikliklərin həyəcan doğurduğunu bildirdi.  O, qeyd etdi ki, Prezident Vladimir Putinin öz hökumətinə Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionları ilə de-fakto əlaqələr yaratması haqda tapşırıq verməsi və bunun ardınca Gürcü dronun Rus təyyarəsi tərəfindən vurulması Qərbdə, ələxüsus Vaşinqtonda dərin narahatlıq doğurub.   Moskvanın yeritdiyi siyasətə Qərbin mümkün cavab tədbirlərinin müzakirəsi üçün o, sözü Gürcüstanın Vaşinqtona səfərdə olan xarici işlər naziri David Bakradzeyə verdi.     

Cənab Bakradze son olayları 3 başlıca faktorla izah etdi.  Onun fikrincə NATO-nun Buxarestdəki sammitində Gürcüstana və Ukraynaya üzvlük planının verilməməsi Moskvada belə bir təəssürat yaratdı ki, təxrbitaçı əməllərlə Tbislinin götürüdüyü kursun qarşısını ala bilər.  İkinci faktor Kosovonun müstəqilliyinin tanınması ilə əlaqədardır ki, Rusiya Qərbin Kosovonu tanımasının onun moral mövqeyini gücləndirdiyini zənn edir.  Bu baxımdan Moskva hesab edir ki, Qərb öz təsir dairəsində Kosovonun müstəqilliyini tanıdığı kimi Rusiya da öz təsir dairəsi hesab etdiyi keçmiş Sovet məkanında sərhədlərin dəyişməsinə qərar verə bilər.  3-cü başlıca faktoru isə David Bakradze Rusiyada cərəyan edən hakimiyyət dəyişikliyi ilə əlaqələndirdi.  Onun fikrincə prezidentlik müddətinin başa çatmasına az qalmış Putin mühüm siyasi qərarlar verməklə indidən Rusiyanın Gürcüstan və Qərblə münasibətdə kursunu müəyyən etməyə çalışır. Bakradze Prezident Vladimir Putinin əməllərini təcavüz kimi dəyərləndirərək Qərb müttəfiqlərini Rusiyanın ekspanisionist siyasətinə müqavimət göstərməyə səslədi.

Daha sonra söz alan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Metyu Brayza Bakradzenin bir çox fikirliərini bölüşdüyünü söylədi,  Onun sözlərinə görə Qızılgül inqilabından bəri, Gürcüstan hökuməti regionda sülhün və sabitliyin inkişafı üçün cidi səylər göstərib və kompromisə getməyə hazır olduğunu nümayiş etdirib.  O biri tərəfdən Abxaziya və Cənubi Osetiya regionunda münaqişlərin həllinə vasitəçi rolunda çıxış edən Rusiyanın son hərəkətləri bu statusa uyğun gəlmir.  Cənab Brayza bütün tərəfləri məsələyə sakit reaksiya verməyə və təmkin göstərməyə çağırıb.  Onun fikrincə Gürcüstanın ərazi bütövlüyü saxlanmaqla regional dövlətlər münaqişələrin həlli üçün yeni diskusssiyalara başlamalaıdırlar. 

Siyasi təhlilçi Vladimir Sokor Rusiyanın Gürcüstanla bağlı siyasətindəki müşahidələrini iştirakçılarla bölüşdü.  Onun fikrincə Rusiyanın başlıca məramı yaxın xaric adlandırdığı ərazidə dominantlıq etməkdir.  Lakin Rusiya liderləri eyni zamanda praqmatistdirlər.  Bir vaxtlar Baltik respublikalarının və hətta Polşanın NATO-üzvlüyünə qarşı çıxan Rusiya indi bu faktı qəbul edir.  Bu baxımdan,  Sokorun fikrincə, əgər NATO qətiyyət göstərsə və Gürcüstanı alyans çətiri altına alsa, onda Moskva bu reallıqla hesablaşmalı olacaq.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Ukraynalılar Viktor Yanukoviçin qələbəsini qəbul edib-etmədiyini Yuliya Timoşenkonun özündən eşitmək istəyirlər

  Başqa xəbərlər
Hikmət Hacızadə: Senzura yoxdur, tənqidi yazının sonluğu da bəlli deyil    Audio Clip Available
Bakı şəhəri bir neçə saat işıqsız qalıb
İran uranı yüksək səviyyədə zənginləşdirməyə başlayıb
İsrailin xarici işlər naziri Azərbaycanda səfərdədir
Rusiyanın baş generalı ABŞ-ın raket əleyhinə planını ölkəsinə təhlükə kimi qiymətləndirir
Birləşmiş Ştatların paytaxtında ikinci çovğun gözlənilir
NATO Helmənd vilayətinin sakinlərini hərbi əməliyyatlara müdaxilə etməməyə çağırır
Sudan və Çad düşmənçiliyə son qoymaq barədə razılığa gəlib
BMT-nin xüsusi nümayəndəsi Şimali Koreyadadır
Əl-Qaidə ABŞ-ın maraqlarına qarşı hücumlarla hədələyir
Pakistan polisi mehmanxanaya hücum planının üstünü açıb
Ukrayna seçkiləri Azərbaycanla münasibətlərə təsir etməyəcək  Audio Clip Available
İran məhkəməsi sabiq xarici işlər nazirinin müavinini 6 il həbs cəzasına məhkum edib
İran yeni hava müdafiəsi sistemi quraşdırdığını deyir
NATO Əfqanıstanın Helmənd vilayətində genişmiqyaslı əməliyyatlara hazırlaşır
İran uranı daha yüksək səviyyədə zənginləşdirəcəyini bildirib
Riçard Holbruk: 'ABŞ Talibanla birbaşa danışıqlar aparmır'
ABŞ maliyyə naziri iqtisadiyyat barədə nikbindir
İraq şiələri Bəs rejiminə qarşı nümayişlər keçirib
Nepalda vitse-prezident vəzifəsinə bərpa olundu
Ukraynada prezident seçkiləri keçirilir
İranda Fərda Radiosu ilə əlaqəli yeddi adam həbs edilib
Ukraynada keçirilən prezident seçkilərinin nəticələri Viktor Yanukoviçin qələbə çaldığını göstərir
Mahmud Əhmədinejad uranın yüksək səviyyədə zənginləşdirilməsinə göstəriş verib
ABŞ-ın şimal-şərq bölgələrini qar tufanları bürüyüb
Robert Geyts: İran beynəlxalq ictimaiyyətin təkliflərini qəbul etməkdə ciddirsə, bunu tez zamanda nümayiş etdirməlidir
İran yeni iki raketin istehsalına başlandığını elan edib
İraq militantları itkin düşmüş amerikalının göstərildiyi videonu nümayiş etdirib
Əfqanıstanın sərhəd polisi səhv olaraq 7 mülki vətəndaşı güllə ilə vurub öldürüb
Şimali Koreya missioneri azad buraxacaq
Kəraçidə iki partlayış onlarla adam öldürüb
Rumıniyada anti-raket sistemi yerləşdiriləcək
ABŞ-da işsizlik 9.7 faizə düşüb
Dinləyici məktubları
Şimali İrlandiyada mühüm razılıq əldə olunub
Almaniya - Azərbaycan əməkdaşlığı müzakirə edilib
Dəyirmi Masa: 'Cənubi Qafqaz regionunda təhlükəsizlik və təhdidlər'
Azərbaycanda baş redaktor məhkum edilib